Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada evdən işləyənlərin xəsarətləri iş qəzası hesab olunur
Almaniyada evdən işləyənlərin xəsarətləri iş qəzası hesab olunur

Almaniyada bir məhkəmə evdən işləyən bir adamın işə başlamaq üçün yataqdan kompüterə keçərkən yaralanmasının texniki olaraq işə getməsi sayılmasına və bu müddət ərzində yaşanan qəzanın da iş qəzası olduğuna qərar verib.

Bizimyol.info türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya məhkəməsinin qərarında qeyd olunub ki, evdən işləyən şəxs yataq otağının aşağı mərtəbəsində yerləşən iş masasına gedib. O, iki mərtəbəni birləşdirən dairəvi pilləkənlə aşağı düşüb ki, bu “işə getmək” kimi qiymətləndirilib. Məhkəmə həmin adamın yıxılaraq belinin qırılmasının iş qəzası olduğuna qərar verilib.

Almaniya məhkəməsi qəzanın işə gedən zaman baş verdiyi üçün bu halı iş qəzası kimi qiymətləndirildiyini bildirib. Qeyd edilib ki, əgər işçi səhər yeməyi üçün mətbəxdə dayansaydı və qəza həmin vaxt baş veribsəydi, bu iş qəzası hadisəsi kimi qiymətləndirilə bilməzdi. Lakin bu hal, səhər yataqdan qalxaraq həmin gün ilk dəfə kompüterə döğru gedərkən baş verdiyi üçün iş qəzası olduğuna qərar verilib.

İşəgötürən tərəfi işçinin iş qəzası nəticəsində yaranan xərclərini ödəməkdən imtina etdib. Əvvəlki iki aşağı instansiya məhkəməsi hadisənin iş qəzası kimi müəyyən edilə bilməyəcəyinə qərar verib.

Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »