Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Pekin Olimpiadasını diplomatik boykot elan edə bilər
ABŞ Pekin Olimpiadasını diplomatik boykot elan edə bilər

ABŞ prezidenti Co Baydenin administrasiyasının tezliklə Pekin Olimpiadasını diplomatik şəkildə boykot edəcəyini açıqlayacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, söhbət Amerika rəsmilərinin Olimpiadada tam iştirak etməməsindən gedəcək. Belə bir qərar amerikalı idmançıları yarışmaq imkanından məhrum etmədən Çinə aydın mesaj verəcək. Boykotun bu həftə elan ediləcəyi gözlənilir.

Bundan əvvəl Bayden bu mövzuda jurnalistlərin çoxsaylı suallarını cavablandırmaqdan imtina edib.

Bu ilin may ayında ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi beynəlxalq ictimaiyyəti Çində keçiriləcək Olimpiya Oyunlarını diplomatik şəkildə boykot etməyə çağırıb. Onun fikrincə, dünyanın aparıcı ölkələrinin liderləri yarışlarda iştirakdan çəkinməlidirlər. Səbəb Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Bölgəsində tətbiq etdiyi kütləvi repressiya olub. Pekin bu cür iddiaları qəti şəkildə rədd edir. Eyni zamanda ABŞ Milli Olimpiya Komitəsi də boykota qarşı çıxıb.

XXIV Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »