Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb Lukaşenkonun oğlunu da sanksiyalar siyahısına daxil edib
Qərb Lukaşenkonun oğlunu da sanksiyalar siyahısına daxil edib

Dünən Vaşinqton, London, Brüssel və Ottava demək olar ki, eyni vaxtda Qərbin Belarusun legitim prezidenti kimi tanımadığı Lukaşenka rejiminə qarşı yeni məhdudlaşdırıcı tədbirlər elan ediblər.

Bizimyol.info “gazeta.ru”ya istinadə xəbər verir ki, Belarus prezidentinin oğlu Dmitri Lukaşenko da daxil olmaqla 20 fiziki şəxs, 12 şirkət və üç təyyarə sanksiyalar siyahısına daxil edilib.

“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Lukaşenko rejiminin beynəlxalq normalara və öz vətəndaşlarının rifahına açıq-aşkar etinasızlığına cavab olaraq 20 şəxsə və 12 struktura qarşı sanksiya tətbiq edir, həmçinin üç təyyarəni bloklanmış mülk kimi göstərir”, - deyə Amerika departamentinin saytında dərc edilmiş məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, bu siyahıya daxil olan şəxslər “miqrantların Aİ-yə qeyri-qanuni daxil olmasına şərait yaradıb, vətəndaş azadlıqlarının və demokratiyanın boğulmasında iştirak edib və rejimə maddi dəstək veriblər”.

Sankisyalar siyahısınaa daxil olanlar arasında Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu Dmitri Lukaşenkonun adının, “onun yüksək vəzifəli dövlət məmurunun ailə üzvü olduğuna, məsuliyyət daşıdığına və ya korrupsiya əməllərində iştirak etdiyinə görə”, daxil edildiyi bildirilib.

Böyük Britaniya, Kanada və Avropa İttifaqı da Minskə qarşı sanksiyalarda iştirak edəcəklərini bəyan ediblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »