Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən çox istifadə edilən sosial şəbəkə platformaları... - Təəccübləndirən nəticə
Ən çox istifadə edilən sosial şəbəkə platformaları... - Təəccübləndirən nəticə

Koronavirusla internetdən istifadənin artması ilə sosial media da qızıl dövrünü yaşayır. Bəs ən çox hansı sosial media platforması istifadə olunur?

Bizimyol.info xəbər verir ki, haberglobal"ın verdiyi məlumata görə, araşdırma nəticəsində təəccüblü nəticələrə rast gəlinib.

Epidemiya dövründə istifadəçi sayını artıran nəhəng şirkətlər bu dövrdə rekord gəlir əldə ediblər.

"We Are" social şəbəkələrdən əldə etdiyi məlumata əsasən, 2021-ci ildə dünyada ən çox istifadə edilən sosial media platformaları açıqlanıb.

Elan edilmiş məlumatlara görə: “Facebook” 2,7 milyard istifadəçisi ilə dünyanın ən böyük sosial şəbəkəsi kimi qeydiyyatdan keçib.

“Facebook”dan sonra ikinci yerdə 2,2 milyardla “YouTube”, üçüncü yerdə 2 milyardla “WhatsApp”, dördüncü yerdə “Facebook Messenger” 1,3 milyard, beşinci yerdə isə “Instagram” 1,221 milyard gəlir.

Sonrakı digər populyar platformalar 1,2 milyardla "Wechat" və 617 milyon ilə "QQ" olub.

Ölkəmizdə xəbər əldə etmək məqsədilə geniş istifadə edilən "Twitter"in istifadəçilərinin sayı 353 milyon olaraq açıqlanıb. Bu nəticə sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »