Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən Müharibəsi iştirakçısını bıçaqlayaraq öldürüblər
Vətən Müharibəsi iştirakçısını bıçaqlayaraq öldürüblər

Noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölüb.

Bizimyol.info xəbər verir ki, Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov "Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb. Aralarında baş verən mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, öldürülən 1991-ci il təvəllüdlü Natiq Ramazanov İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub.

Son xəbərlər
Bütün xəbərlər »