Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK və Türkiyənin Florence Nightingale Hastaneler Qrupu əməkdaşlıq görüşü keçirib
DGK və Türkiyənin Florence Nightingale Hastaneler Qrupu əməkdaşlıq görüşü keçirib

Noyabrın 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Türkiyənin Florence Nightingale Hastaneler Qrupunun icraçı direktorunun müavini Sinan Nazif Aran ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan və Türkiyə arasında tarixi köklərə dayanan strateji tərəfdaşlıq münasibətlərinin hər zaman yüksələn xətlə inkişaf etdiyini bildirib.

DGK sədri son illər bütün sahələrdə əsaslı islahatların aparıldığını, həyata keçirilən tədbirlərin dövlətimizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, ölkəmizlə yanaşı, regionun da iqtisadi potensialının güclənməsinə təkan verdiyini diqqətə çatdırıb, bu islahatların əhaliyə göstərilən tibbi xidmətlərin də kəmiyyət və keyfiyyət baxımından yüksəlməsinə şərait yaratdığını vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanların sağlamlığının qorunmasına, ölkə vətəndaşlarının keyfiyyətli tibbi xidmətlə təmin olunmasına xüsusi önəm verdiklərini vurğulayan Səfər Mehdiyev Azərbaycanda yeni xəstəxanaların inşasını və ixtisaslı kadrların hazırlanmasını bu istiqamətdə atılan addımlar kimi dəyərləndirib. Ən müasir avadanlıqlarla təchiz edilən Mərkəzi Gömrük Hospitalının da ölkə səhiyyəsinə töhfə verdiyini bildirən Komitə sədri Mərkəzi Gömrük Hospitalı ilə Florence Nightingale Hastaneler Qrupu arasındakı əməkdaşlığın tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.

Florence Nightingale Hastaneler Qrupunun icraçı direktorunun müavini Sinan Nazif Aran səmimi görüşə görə təşəkkürünü bildirib, Mərkəzi Gömrük Hospitalındakı şəraitdən məmnunluqla bəhs edib. Bildirilib ki, səmərəli və işgüzar əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artmasına, tibb sahəsindəki yeniliklərin və elmi biliklərin geniş şəkildə tətbiqinə şərait yaradacaq.

Görüşdə, həmçinin birgə əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalının infrastrukturunun genişləndirilməsi, yeni korpusun tikintisi ilə bağlı məsələlər müzakirə edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »