Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ prezidenti Co Bayden Qlazqodakı iqlim konfransında yatıb -Video
ABŞ prezidenti Co Bayden Qlazqodakı iqlim konfransında yatıb -Video

ABŞ prezidenti Co Bayden Şotlandiyanın Qlazqo şəhərində keçirilən 26-cı BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP26) ilk günündə kameralar qarşısına yuxuya gedib.

Bizimyol.info xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərdə Vaşinqtonun İngiltərə vaxtından 4 saat geri qaldığını qeyd etməyin vacibliyi qeyd edilib. KİV  insan haqları müdafiəçisi Eddi Ndopunun iqlimin əlillərə təsiri ilə bağlı çıxışı zamanı ABŞ prezidentinin yuxuya getməsini də zaman fərqi ilə əlaqələndirib.

"Bayden Böyük Britaniyaya gəlməzdən əvvəl Romadan "G20" Liderlər Sammitində iştirak edib və bir saat əvvəl "COP26"ya qatılmaq üçün İngiltərəyə gəlib", - deyə qed edilir.

Lakin iqlim böhranı ilə məşğul olmaq üçün son şans kimi xarakterizə olunduğu tədbirdə, müzakirələr  zamanı Baydenin yuxulamasının utancverici hal olduğu bildirilib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da 2020-ci il prezident seçkiləri zamanı Baydenin səhvlərinə toxunaraq ona “yuxulu Co” deyə müraciət edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »