Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedev: COVID-19 həyatımızda uzun müddət qalacaq
Medvedev: COVID-19 həyatımızda uzun müddət qalacaq

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ölkə bu ilin yazından indiyə qədər koronavirus pandemiyasının beşinci mərhələsindədir.

Bizimyol.info xəbər verir ki, o, bu fikri “Rossiyskaya qazeta”ya bildirib.

O qeyd edib ki, hazırda koronavirusa yoluxma halları çox yüksək, demək olar ki, kritik səviyyədədir. Siyasətçi vurğulayıb ki, pandemiya ilə mübarizə üçün düşünülmüş, balanslaşdırılmış qərarlar tələb olunmalıdır.

“Bu mübarizəni bütün ölkələr güclərini birləşdirərək birlikdə aparmalıdır. Kiminsə siyasi ambisiyalarına yox obyektiv çətinliklərə qarşı güclər və elmi yeniliklər birlikdə mübadilə edilməlidir”, - deyə Rusiyanın eks-prezidenti yazıb.

O, həmçinin əlavə edib ki, COVID-19 insanların həyatında uzun müddət qalacaq, lakin bəşəriyyətin kütləvi peyvəndi ilə bu xəstəliyə qarşı kütləvi imunitet yarandıqdan sonra vəziyyət nəzarət altına alınacaq.

Medvedev bildirib ki, epidemiyalar zamanı azadlığı məhdudlaşdırmaq olar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »