Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan 44 günlk müharibə ilə bağlı komissiyanın yaradılmasını gecikdirir
Paşinyan 44 günlk müharibə ilə bağlı komissiyanın yaradılmasını gecikdirir

Baş nazir Nikol Paşinyan hakimiyyətin 44 günlük müharibədəki məğlubiyyətin səbəblərini araşdırmaq üçün komissiya yaratmamasının səbəbini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat verib.

"Qanuna görə, bu komissiyanın fəaliyyəti bir il davam edə bilər. Bu hadisə ilə bağlı araşdırma aparmaq üçün müəyyən vaxt məhdudiyyəti var - bir il ərzində tədqiqat başa çatmalıdır və buna görə də yaxşı hazırlıqdan sonra bunu başlamaq lazımdır ki, hər şey ətraflı araşdırılsın. Hələlik hazırlıqlar davam edir", - deyə o, parlamentdən kənar siyasi qüvvələrin nümayəndələri ilə görüşündə deyib.

Paşinyan əlavə edib ki, əgər komissiya bu müddətə çatdıra bilməsə, lazım gələcək ki, qanunvericilikdə dəyişikliklər edək və müharibə ilə bağlı bütün şəraiti öyrənmək üçün daha bir il əlavə edək.

Qeyd edək ki, müxalifət nümayəndələri hakimiyyəti komissiyanın formalaşdırılması prosesini yubatmaqda ittiham edirlər. Və bu barərədə Baş naziri günahkar hesab edirlər. O cümlədən, “Hayastan” (“Ermənistan”) fraksiyasının rəhbəri Seyran Ohanyan gizli, qapalı sənədlərə giriş əldə etmək üçün müraciət təqdim etdiyini, lakin hələ də icazə ala bilmədiyini bildirib.

Öz növbəsində “Mülki müqavilə” fraksiyasının üzvü, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan bəyan edib ki, bu prosesə mane olan müxalifətdir, yəni Artur Kazinyan lazımi sənədləri təqdim etmir.

İyulun 26-da parlamentin spikeri Alen Simonyan Qarabağda 44 günlük müharibə şəraitinin araşdırılması üçün komissiyanın yaradılması barədə qərar qəbul edildiyini açıqlayıb. Onun sözlərinə görə, komissiyanın tərkibinə həm parlament, həm də parlamentdənkənar qüvvələrin nümayəndələri, eləcə də hərbi əsir və itkin düşmüş hərbçilərin yaxınları daxil edilməlidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »