Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqlim dəyişikliyi 142 illik rekordu qırdı
İqlim dəyişikliyi 142 illik rekordu qırdı

Mütəxəssislər dünya üzrə iqlim dəyişiklikləri ilə bağlı araşdırma aparıblar.

Bizimyol.info xəbər verir ki, araşdırmaların nəticəsinə görə, 2018-ci ilin ilk 10 ayında qlobal temperatur 1850-1900-cu illər arasındakı orta temperaturdan təxminən 1 dərəcə yüksək olub. Bu vəziyyət 2019 və 2020-ci illərdə də çox dəyişməyib. Lakin bu ilki araşdırmalar onu göstərir ki, iyul ayı ərzində olan temperatur şimal yarımkürəsində orta aylıq göstəricidən 1,54 dərəcə yuxarı qalxıb və 142 illik rekordu qırıb.

Xatırladaq ki, bu il bir çox ölkələrdə iqlim dəyişikliyi özünü çox kəskin şəkildə göstərib. Hətta bu ilin iyul ayında Asiya qitəsi tarixdə ən isti ayını yaşadı, Avropa isə həddindən artıq istilərə məruz qaldı.

Payıza salam dediyimiz sentyabr ayından isə bir çox bölgələrdə erkən qar yağıntısı müşahidə edildi, temperatur da kəskin şəkildə aşağı düşdü.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »