Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada 11 günlük qeyri-iş günləri başlayır
Moskvada 11 günlük qeyri-iş günləri başlayır

Oktrabrın 30-dan Moskvada qeyri-iş günləri başlayır. Noyabrın 7-si daxil olmaqla, paytaxtda əksər ictimai yerlər bağlı olacaq, məktəblilər tətilə çıxacaq.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı oktyabrın 21-də Moskva meri Sergey Sobyanin imzalayıb.

Bu qapanma şəhərdə koronavirus pandemiyası ilə bağlı vəziyyətin daha bir kəskinləşməsi ilə əlaqələndirilir - "uzun istirahət həftəsi" infeksiyanın artımının tez bir zamanda qarşısını almaq üçün nəzərdə tutulub.

Paytaxt merinin müavini Anastasiya Rakova bildirib ki, 11 günlük müddət yaydan paytaxtda və bütün ölkədə hökmranlıq edən "COVID-19"un "delta" ştamının iki inkubasiya dövrünü əhatə etdiyi üçün seçilib.

Qapanma ilə bağlı Rusiyanın paytaxtın icra orqanları hazırlıq işləri aparır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »