Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
"Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)

- Bunun bığı vardı, indi yoxdur.

- Tökülüb.

- Yaşlandıq, töküldü... Zəngilanda olacaq.

Bu, Türkiyə və Azərbaycan prezidentləri və AZAL-ın baş direktoru Cahangir Əsgərov arasında olan bugünkü zarafatyana söhbət idi.

Prezident Ərdoğan Füzuli hava limanına enən kimi, bir bığsız kişi yaxınlaşıb rəmzi açar təqdim edir. O da təəccüblənir ki, bu kimdir. Birdən Cahangiri tanıyır. Daha da təəccüblənir. Deyir, axı bunun bığı vardı, necə oldu? Azərbaycan prezidenti də deyir: “Töküldü”. Cahangir Əsgərov da tez təsdiqləyir ki, yaşlanıb deyə tökülüb. Ancaq söz verir ki, Zəngilanda olacaq. Yəni, Zəngilan Hava Limanının açılışında. Yəni, Prezident Ərdoğan ora da gələcək deməkdir. Ya da demək istəyib: “Məni bığlı görmək istəyirsinizsə, zəhmət olmasa, Zəngilana da gəlin”.

Prezident Ərdoğan Cahangirin bığına görə deyil, Zəngilanın strateji əhəmiyyətinə görə, çox güman ki, o hava limanının da İlham Əliyevlə birlikdə açılışını edəcək.

Nə isə. Qayıdaq Cahangirin bığına. Düzü, onun bığlarını yadıma sala bilmirəm. Hansı bığdan idisə, çox bahalı bığ olub. İndi anlamaq olur ki, AZAL niyə biletləri bu qədər bahalaşdırıb. Çünki bığa qulluq eləmək özü də az pul tələb eləmir. Yəqin ki, bığını tərtəmiz Cənubi Afrika almazından hazırlanmış ülgüclə qırxar. Bığ darağı da onun kimi – od bahasına. Bığ kremləri, bığ lakları, bığ şampunları... Bunlar da hamısı brend mallar. Xaricdən gəlmə.

Bığını niyə qırxıb bəs? Yəqin ki, bu aralar əli aşağı düşüb. Pandemiyadan zərər görüb deyə.

Adamın lap yazığı da gəlir. Bunun da işi çox çətindir. Dövlət büdcəsindən "o" qədər pul gəlir. Ancaq təyinatından necə yayındıracaqsan?! Yaza bilməzsən axı, büdcənin pulu bığa xərclənib. AZAL-ın da qazancı yox, zərərlə işləyən bir şirkətdi. Ziyanla işləyəndən sonra ailəsini güc-bəla ilə dolandırır, bığı necə saxlasın bu fağır?!

Amma Ərdoğana söz verdi; Zəngilanda bığlı olacaq. İndi ya tük əksiləcək, ya Yakuboviçdən icarəyə götürəcək – o bilinmir.

Yaxşı, onda bir sual: sizcə, Cahangirin bığı hansından olsa, AZALda uçuş biletləri ucuzlaşar?!

İpucu verim: Bığ da var, bığ da.

Məsələn; velosiped sükanı. Belə bığ qoysa, neçəyə başa gələr ona görəsən? Yaxud "bayker" qoysa?! Yox, onda İranın xoşuna gəlməz. Qərbi Amerika kovboylarına oxşayar.

Kovboy bığı

Karandaş da yox. O da yenə Amerika aktyoru Gable kimi göstərər Cahangiri.

Karandaş bığ

Fu-mançu qoysa... Hamı gülər ki, Cahangir hara, dahi bığı hara?!

Fu Mançu bığı

O səbəbdən Dali bığları da yaramır; Cahangir Əsgərov hara, Salvador Dali kimi məşhur rəssam hara?

Dali bığı

Bəs diş fırçası?!Yox, yox! Amandır! İkinci Dünya Müharibəsi veteranları onu əsaları ilə döyər. Çünki Hitlerə oxşayacaq.

Fırça bığ

Piramida desən, Misir ehramlarını xatırladacaq. Ki, nə əlaqə?! Bəlkə macar bığları?! Yox, əşi! Wizz Air-in şefi ilə dəyişik düşər.

Macar bığı

Morj bığlarından da ki danışmağa dəyməz; Putinlə Baydenin Arktika davasının qurbanı olmaq var.

Morj bığ

İngilis bığları da fransızların xoşuna gəlməz – Canik Parisə də uçur, axı.

İngilis bığı

Şevron da olmaz – Stalinin sevdiyi formadı...

Yaxşısı budur, baxsın, görsün, Türkyədən olan qardaşlarımız necə bığ qoyur. Misal; elə Türk Hava Yollarının baş direktorunun bığı. Onda olar iki şirkət, bir bığ...

Qara Şəhərli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »