Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biləsuvar sakini 4 nəfər həmkədlisini bıçaqlayıb
Biləsuvar sakini 4 nəfər həmkədlisini  bıçaqlayıb

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün axşam rayonun Amankənd kəndində baş verib.

Belə ki, kənd ərazisində yerləşən çayxanada həmkəndlilər İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovun Qoşqar Orucovla mübahisələri düşüb. Daha sonra Q. Orucov çayxanadan uzaqlaşıb.

Yaralıların sözlərinə görə, onlar evə gedən zaman yolda Q.Orucov qəfildən onlara bıçaqla hücum edib və onları bıçaqlayıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara lazımi tibbi yardım göstərilib.

Bıçaqlanan şəxslərdən Ə.Şahmarova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Digər 3 nəfərin xəsarəti ağır olduğu üçün xəstəxanada onların müalicəsi davam edir.

Faktla bağlı araşdırmalar davam etdirilir.(report)

Son xəbərlər
Bütün xəbərlər »