Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köhnə avtomobillərin vətəni: Xaricdən bir maşın gətirəndə, birini də büdcə üçün gətirməliyik
Köhnə avtomobillərin vətəni: Xaricdən bir maşın gətirəndə, birini də büdcə üçün gətirməliyik

Bu il premium markalı yanacağın dəyəri iki dəfə artırılıb. Bu arada bəzi avtomobillərin də qiymətində artım müşahidə edildi.

Ancaq acınacaqlı məsələ budr ki, illərdir müzakirə edilsə də, ölkədə avtomobil parkının yenilənməsi müşahidə edilmir. Dövriyyədə olan avtomobilıərin də əksəriyyəti istismar müddətini keçmiş avtomobillər. Mütəxəssislərin fikrincə, ölkədə avtomobil parkının yenilənməsi üçün konkret addımlar atılmalıdır. Amma hələ ki, hökümət bu məsələdə sükut ifadə edir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının fikrincə, əgər 10 il əvvəl Azərbaycanda müəyyən qrup avtomobil istifadəçisi idisə, indi əksər insanlar avtomobil bazarının iştirakçılarıdır. Onun sözlərinə görə, Azərbaycanda avtomobil bazarının inkişaf etməməsinin müxtəlif səbəbləri var.

Ramil Osmanlı Ramil Osmanlı

Hökümət tərəfindən zaman-zaman avtomobil bazarına olan yanaşmaların dəyişmısi, avtomobil parkının yenilənməyə doğru getməsi, iqtisadi amillər, devalvasiya, manatın dəyərdən düşməsi və avtomobil bazarına böyük təsir edir.

Kreditləşməyə qoyulan məhdudiyyətlər, Avrostandartların tətbiqi və Avrostandartların tətbiq adı altında idxalın məhdudlaşdırılması, yanacağın qiymətinin tez-tez dəyişdirilməsi, qiymətlər arasında proporsiyanın pozulması da bazara təsir edir.

Ekspertin sözlərinə görə, dünyanın heç bir ölkəsində iki oxşar yanacaq markası qiymətləri arasında Azərbaycanda olduğu qədər fərq yoxdur: "Məsələn 92 və 95 markalı benzinin qiymətləri arasındakı 2 dəfəyə yaxın fərq var. Və bu anormal tendensiyadır. Məsələyə diqqətlə yanaşdıqda görərik ki, yanacağın qiymətinin artması bazarda avtomobillərin qiymətlərini azaltmadı. Əksinə, dizel yanacqlı avtomobillərin qiymətini kəskin şəkildə artırdı. Biz Azərbaycanda dəyəri 50 min manat olan bir avtomobil təhlil etsək, görərik ki, həmin markanın dizel yanacağı ilə olan variantı təqribən 10 min manat bahadır. Və yaxud ucuz avtomobillərdə 10-12 manata bazara çıxarılan avtomobilin dizel yanacağı ilə olan variantının qiyməti təqribən 2-3 min manat bahadır. Alıcı başa düşür ki, onu qarşıda inzibati qərarlarla daha böyük sürprizlər gözləyir".

Azərbaycanda ekoloji standartların tətbiqində faydalı məqamlardan biri gömrük rüsumlarına yenidən baxılması və eyni zamanda elektromobillərin bütün dünya ölkələrində olduğu kimi Azərbaycana idxalını artırmaq üçün gömrük rüsumlarından azad edilməsi və yaxud heç olmasa, gömrük rüsumlarına 50 faiz güzəştin edilməsi olardı. Azərbaycan höküməti isə bunun tam əksini düşünür.

"Azərbaycanda avtomobil parkındakı avtomobillərin 70 faizindən çoxu mövcud ekoloji standartlara cavab vermir. 40 faizdən çoxu isə utilizasiyaya getməli olan istismar müddəti bitmiş və bitməkdə olan avtomobillərdir",- deyən ekspert fikrincə, son zamanlar verilən inzibati qərarlar Azərbaycan hökümətində müəyyən qruplaşmaların Azərbaycanda avtomobilləşmənin azalmasında daha çox maraqlı olduğunu sübut edir. Onun sözlərinə görə, Azərbaycanda premium markalı yanacağın qiymətinin artırılmasına ehtiyac yoxdur. Bu gün Azərbaycanda hər 11 nəfərdən birinə bir minik avtomobili düşür. MDB ölkələri ilə müqayisə etsək, Azərbaycan burada ən sonuncu yerlərdən birini tutar: "Azərbaycanda dövriyyədə olan nəqliyyat vasitələrinin dəyərinə baxsaq, görərik ki, ölkədə ucuz nəqliyyat vasitələri üstünlük təşkil edir. Təqribən bir ucuz avtomobilin qiyməti iki son model mobil telefonun dəyəri həcmindədir. Bu gün Azərbaycanda mobil telefon istifadəçilərinin sayı Azərbayca əhalisinin sayından çoxdur. 2-3 nömrə və telefon istifadə edən şəxslər var".

Ekpert hesab edir ki, ölkədə hər hansı bir problem yaradıldıqdan sonra ətrafında müzakirə açılır ki, "bunu necə həll edək". Əslində isə bu problem yaranan zaman həllini düşünmək lazımdır: "Bir müddət əvvəl ortaya katalizator problemi çıxmışdı. Bu, bir günün problemi deyildi, illərin problemi idi. Bu problem yaranarkən bunu Gömrük Komitəsi də, DYP də, bu sahədə olan icra hakimiyyətləri də izləmişdilər".

Bəli, avtomobil bazarında dəyişiklik yoxdur. Yanacğın qiymətinin artması avtomobillərin bahalaşmasına səbəb olur. Avtomobil parkının yenilənməsi üçün isə, ilk növbədə gömrük rüsumları azaldılmalıdır. Riyazi olaraq hesablasaq, biz Azərbaycana özümüz üçün avtomobil gətirəndə, birini də büdcə üçün gətirmiş oluruq. Yəni avtomobil bizə iki dəfə baha başa gəlir. Belə olan şəraitdə isə, avtomobil parkının yenilənməsindən söhbət gedə bilməz.

Azərbaycan avtomobil istehsal etməyən ölkədir. Buna görə də, ölkə yollarında hələ uzun müddət utilizasiyadan güclə yaxa qurtarmış, sınıq-salxaq, istismar müddəti keçmiş avtomobillər görəcəksiniz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »