Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrdə cinayətə təhrik edən şərhlər
Sosial şəbəkələrdə cinayətə təhrik edən şərhlər

Bu günlərdə sosial şəbəkələrdə bir video yayılıb. Həmin videoda əlində siqaret olan bir şəxs başqa bir kişini evində tutduğunu və keçmiş həyat yoldaşının bu adamla birlikdə olduğunu iddia edir. Yayılan məlumata görə, hadisə Şəki rayonunun Baltalı kəndində baş verib.

Videoda xanımın keçmiş həyat yoldaşı olduğunu iddia edən şəxs çox təmkinlə davranır və evində tutduğu şəxsdən sanki söz almağa çalışır. Məlumata görə, həmin şəxsin videonu yaymaqda əsas məqsədi övladlarını analarından ala bilməkdir.

İndi isə gələk əsas məsələyə… Bu video sosial şəbəkələrdə yayıldıqdan sonra bir çox istidafəçilər şərhlərə axın edib və “ belə kişi olmaz” , “ qeyrəti olan kişi öldürərdi”, “ikisini də öldür, çıx evdən”, “kişiliyin papağını yerə soxdu”,”kişinin qeyrəti olar” və s. kimi cinayətə təhrik edən şərhlər yazılıb. Halbuki bu video cinayət məzmunlu olsaydı, hamı şərhlərdə cinayətin düzgün addım olmamasından, öldürmək əvəzinə gedib həyatını yaşamalı olmasından danışacaqdı.

Nəzərə alaq ki, bu videoçarx hadisənin videoya alınan hissəsidir. Bu görüntülər əvvəl və sonra o evdə nələr yaşandığını, bu görüntülərin nə dərəcədə həqiqəti əks etdirdiyini heç birimiz bilmirik.

Digər bir məsələ isə ondan ibarətdir ki, əgər qadın bu görüntüləri yayıb ərinin xəyanət etdiyini iddia etsəydi, o zaman da qeyrətdən, namusdan, öldürməkdən danışılacaqdı? Məncə, yox. Əksinə, kişiyə haqq qazandırılıb “kişidi də”, “əsl kişi necə olmalıdı?” kimi fikirlərlə yenə də qadını günahkar çıxaracaqdılar. Bu dəfə də hamı qadının üstünə düşəcəkdi ki, “baxe, kişini necə biabır etdi”. Lakin fahişəlik qadına, qeyrətsizlik isə kişiyə aid xüsusiyyət deyil. Mənfi davranışlar cinsi mənsubiyyətlə yox, xarakterlə bağlıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »