Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya futbolunda qalmaqal: FİFA və UEFA yola getmir
Dünya futbolunda qalmaqal: FİFA və UEFA yola getmir

Dünya futbolunda son illər onsuz da sakitlik deyildi. Rüşvət qalmaqalları bir-birini əvəz edirdi. İndi isə FİFA və UEFA arasında gərginlik yaranıb.

Bizimyol.info xəbər verir ki, FİFA dünya çempionatlarını iki ildən bir keçirmək istəyir. UEFA isə bunun əleyhinədir.

Avropanın 12 futbol assosiasiyası FİFA-nı üzvlükdən çıxmaqla hədələyir. Çünki milli komandalar iki ildən bir böyük turnirdə oynamağa hazır deyil.

FİFA prezidenti Canni İnfantino bir müddət əvvəl konfederasiyalara təkliflər paketi göndərib. Burada dünya çempionatlarının final mərhələsinin iki ildən bir keçirilməsi nəzərdə tutulub. İnfantino 2026-cı ildən başlayaraq, belə təqvimə üstünlük verilməsini istəyir. UEFA və Cənubi Amerika futbolunu təmsil edən CONMEBOL dərhal narazılıq ifadə edib.

FİFA yeni təklifin yalnız səmərəli olduğunu iddia edir. Dünya futbol təşkilatı futbolçuların milli komandada il ərzində 50 əvəzinə 30 gün keçirəcəyini deyir. Təsnifat mərhələsi cəmi 7 turdan ibarət olacaq. Daha bir təklif bütün 7 oyunun 28 gün ərzində keçirilməsidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »