Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni qanun məişət zorakılığının qarşısını ala biləcəkmi...
Yeni qanun məişət zorakılığının qarşısını ala biləcəkmi...

Azərbaycanda məişət zorakılığı törədən şəxslərin cəzaları sərtləşdirilir. Bununla bağlı yeni təkliflər layihəsi hazırlanıb.

Layihənin məqsədi məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasıdır. Bunun üçün cəzaların sərtləşdirilməsi təklif olunur. Yəni bu dəyişiklik qəbul edildikdən sonra guya ölkədə məişət zorakılığı halları azalacaq.

Gəlin, açıq etiraf edək ki, Azərbaycanda məişət zorakılığı haqqında qanunvercilikdə ya boşluqlar var, ya da icra orqanları bu qanun ətrafında vəzifələrini yerinə yetirmək istəmir. Azərbaycanda qadın qətllərinin statitikasına və öldürülən qadınların öldürülməmişdən öncə çağırışlarına nəzər salsaq, hüquq-mühafizə orqanlarının məsələyə birmənalı yanaşmadığının şahidi olmuşuq olarıq.

Hələ ötən ay Niami Rayon Polis İdarəsinin əməkdaşı həyat yoldaşını öldürməmişdən öncə qadının polisə şikayət etməsi prosesinə nəzər salaq. Qadın həyat yoldaşından polisə şikayət edir və qadının polisə şikayət etdiyi həyat yoldaşına bildirilir. Polis burada öz işini görmək əvəzinə qadının öldürülməsi üçün şərait yaratmış olur. Heç kimi ittiham etmirik, yalnış anlaşılmasın. Saədəcə olaraq, ölkədə məişət zorakığının qarşısının alınması üçün 100 qanun qəbul edilib, min dəyişiklik edilsə də, stereotiplər, qadınların aşağılanması, əzilməsi, "ərindir, barışarsan", "adam ailə söhbətini böyütməz" və s. bu kimi fikirlər qadınların öldürülməsinə gətirib çıxarır.

Məişət zorakığılı etmiş şəxslərə qarşı cəzalar sərtləşdiriləcək. Amma Daxili İşlər Nazirliyi də öz uğurları ilə bağlı yayımladığı xəbərlər fonunda məişət zorakılığı ilə bağlı məsuliyyətə cəlb edilənlərin statistikasını da şəffaf formada təqdim etməlidir. Məsələn, bu il ərzində məişət zorakılığı ilə qarşılaşan və hüquq-mühafizə orqanlarına müraciət edən qadınların sayı, cinayət işləri, məsuliyyətə cəlb edilən şəxslər haqqında açıq-aydın məlumat təqdim edilmir.

Həqiqətən məişət zorakılığı məsələsi Azərbaycada qadın və uşaqların qarşılaşdığı və qarşısı alınmaz məsələdir. Bir zamanlar ölkədə bununla bağlı "asayiş polisi"nin yaraılmasını bəzi QHT rəhbərləri təklif etmişdi. Ancaq təəsüf ki, bu təkliflər elə kağız üzərində qaldı.

Nədir məişət zorakılğı?

Məişət zorakılığı qadınların və uşaqların ailə daxilində yaxınları, ataları, qardaşları, həyat yoldaşları və s. tərəfindən psixoloji, maddi-mənəvi, iqtisadi-sosial, fiziki təzyiqlərə məruz qalmasıdır.

Yəni qadın və uşaqlar ailədə döyülür, söyülür, ac saxlanılır, psixoloji təzyiqlərə məruz qalır. Çox acınacaqlı vəziyyətdir ki,ölkədə ictimia qınaq da bu sahədə öz işini görmür. Cəmiyyəti insanların yataq və intim məsələləri daha çox maraqlandırdığı üçün qadınlar öldürüldükdən sonra "əxlaqsız olub yəqin", "yaxşı at özünə qamçı yedirtməz", "Allah bilir nə zibili olub" və s. ittihamlarla qadınlar sosial şəbəkələrdə müzakirə edilir.

Bir neçə il öncə intihar edən Elina, öldürülən, lakin qatilinin hələ də tam olaraq məlum olmadığı Nərmin, digər öldürülən və intihar edən qızlar Azərbaycan cəmiyyətinin məsələyə necə laqyidliklə yanaşdığını sübut edir.

Məişət zorakılığı törədən şəxslərə qarşı cəzalar sərtləşdirilir. Çox gözəl, çox pakizə... Demək istyirsiniz ki, siz bu sahədə qanun layihələri yazır, cəmiyyəti zorakılıqdan qorumağa çalışırsınız. Ailə, Qadı və Uşaq Məsələləri üzrə Komitə bu istiqamətdə sadəcə olaraq, tədirlər keçirərək açıqlamalar verməklə məşğuldur.

Əslində bu komitə ölkədə olan bütün qadın və uşaqların hüquqlarını qorumağa məsuldur. Amma edə bilirmi? Absurd qərarlar, şablon tədbirlər... Görülən işlərin kağız üzərində olması.

Bəli, xarici ölkələrlə əməkdaşlıq edilib, müəyyən tədbirlər keçriilə bilər. Amma unutmayın, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin fəaliyyəti şəffaf olsaydı, bu gün ölkədə öldürülən, zorakılıqla üzləşən qadın və uşaqların sayı daha az olardı. Hüquq-mühafizə orqanları bu işə laqeyidliklə yanaşsa belə, komitə öz vəzifəsini yerinə yetirməlidir...

Onlarla qadını qətlə yetirilən, intihar edən ölkədə qanunların icra edilmədiyi bir ölkədə aidiyyatı qurum bu məsələyə daha diqqətlə və həssas yanaşmalıdır. Azərbaycan kişisi Azərbaycan qadınını öldürəcək, şantaj edəcək qədər acizləşə bilər, qadınları zorakılıqdan, intihardan, qətlə yetirməkdən qurtarmaq məhz Ailə, Qadın və Uşaq məsələləri üzrə Komitənin vəzifəsidir.

Sosial işçilər təyin edilməli, hüquq-mühafizə orqanları ilə əməkdşalıq edilməli, şikayət edən qadınların statistikası, şəxsiyyəti müəyyən edilməli, böhranlı ailələr nəzarətdə saxlanılmalı və ən əsası "Mühafizə orderi"nin gündəmə gətirilməsi təmin edilməlidir...

Əgər bu gün şantaj edilən qadının yaşadığı problemi hüquq-mühafizə orqanları həll edə bilmirsə, nə işə yarayır bu qurumlar?..

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »