Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya NATO-nu hədələdi: Ukraynanın alyansa qəbulu müharibəyə səbəb olar
Rusiya NATO-nu hədələdi: Ukraynanın alyansa qəbulu müharibəyə səbəb olar

"Ukraynanın NATO-ya qəbul edilməsi alyansın Rusiya ilə müharibəyə hazır olduğuna işarə kimi qiymətləndirilə bilər".

Bizimyol.info xəbər verir ki, bu barədə rusiyalı senator Aleksey Puşkov Telegram kanalında danışıb.

Eyni zamanda, senator alyansda Rusiya nümayəndəliyi bağlandıqdan sonra NATO baş katibi Yens Stoltenberqin, Rusiya Federasiyası ilə dialoqu davam etdirməyə hazır olduğuna dair bəyanatına inanmağın çətin olduğuna deyib.

“İnanmaq çətindir, bu cür bəyanatlar həddən artıq çox olub və alyans münasibətləri pozmaq üçün bütün addımları atıb. Lakin ittifaq Ukraynanı NATO üzvlüyünə qəbul etməyə qərar verərsə, bu çox ağır və hətta fəlakətli nəticələrə səbəb ola bilər. Qərb anlamalıdır ki, Ukraynanın NATO-ya qəbulu alyansın Rusiya ilə müharibəyə hazır olması demək olardı. Bu belə də başa düşülür", - deyə senator bildirib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı hər hansı bir addımın ağır nəticələrə səbəb olacağını və Rusiyanın bu qərara kəskin reaksiya verməyə məcbur qalacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, oktyabrın 18 -də Rusiyanın xarici işlər naziri Sergey Lavrov rus diplomatların NATO-dan çıxarılması üçün qarşılıqlı addımlar atıldığını açıqlayıb. Nazir qeyd edib ki, Rusiya noyabrın 1-dən alyansdakı nümayəndəliyinin işini dayandırır. Bundan əlavə, ittifaqın Moskvadakı hərbi missiyasının, habelə Rusiyanın paytaxtındakı Belçikanın səfirliyində yaradılan NATO məlumat bürosunun fəaliyyətini dayandırılacağını bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »