Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir

“Nar”ın dəstəyi ilə ölkənin ən böyük səsli ədəbiyyat kitabxanası olan “Canlı kitab” layihəsi davam edir.

“Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində indiyədək dünya və Azərbaycan ədəbiyyatından 39 müəllifin 329 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. Müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Canlı kitab” kanalında “Nar”ın yüksəksürətli interneti vasitəsilə istənilən yerdən rahatlıqla dinləmək olar.

Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanır, daha sonra antenn.az və “YouTube” səhifəsində yerləşdirilir.

Qeyd edək ki, layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara paylanması nəzərdə tutulur.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »