Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia

İlginc iddia: Kainatımız laboratoriya şəraitində yaradılıb.

Harvard Universitetinin keçmiş astronomiya şöbəsi rəhbəri və fizika professoru Avi Loeb kainatın meydana gəlməsi ilə bağlı maraqlı bir teoriya irəli sürüb. Alimə görə, kainat "ali varlıqlar" tərəfindən laboratoriya şəraitində hazırlanmış ola bilər. Loeb "Scientific American" nəşrinə yazdığı bir yazıda kainatın inkişaf etmiş bir texnologiyaya sahib mədəniyyət tərəfindən yaradılmış ola biləcəyi fikrini irəli sürüb. Loebə görə, bu vəziyyət doğru olduğu təqdirdə "yaradan" anlayışı ilə dünyəvi anlayış olan "kvant cazibəsi qüvvəsi" birlikdə istifadə edilməyə başlana bilər.

"Kainatımız sıfır enerjiyə sahib bir coğrafiyaya sahib olduğu üçün inkişaf etmiş bir A sinif olaraq qeyd edilən sivilizasiya "kvant tuneli" yolu ilə yoxdan bir kainat yarada bilən texnologiya yaratmış ola bilər" - deyən alim, məqaləsində bir çox maraqlı tezoriyalar irəli sürüb. Bunlardan biri də sinifləndirmə sistemidir. Loebin fikrincə, aşağı səviyyədə texnologiyaya sahib olan insanlar C sinfi sivilizasiyasına aid ola bilər.

Loebə görə, texnologiyamız Günəşdən azad hala gəlməyimizi təmin edə bilsə, B sinifi sivilzasiya ola bilər. Bundan sonra laboratoriya şəraitində öz "körpə" kainatlarımızı yarada bilsək, A sinifi sivilizasiya ola bilərik.

Əslində bir çox səbəblər texnologiyanın bu səviyyədə genişlənməsinin qarşını alır. Bunlardan birincisi, kiçik bir ərazidə böyük bir qaranlıq enerji çoxluğu yarada bilməməyimizdir. Bunu yarada bilsək, A sinfi sivilizasiyaya çevrilə bilərik.

Qeyd edək ki, bu iddia, Loebin irəli sürdüyü ilk maraqlı teoriya deyil. Əvvəlki teoriyalarına görə, A sinfi sivilizasiya olmaq üçün can atan təkcə insanlar deyil, başqa canlılar da var. Onun fikrincə, texnologiya baxımından inkişaf etmiş bir yadplanetli əmiyyəyinin göndərdiyi vasitə, 2017-ci ildə günəş sistemimizi ziyarət edib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› Yas içindəykən... etiraz
Son xəbərlər
Bütün xəbərlər »