Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama

Azərbaycanda film kimi hadisə yaşanıb.

Bizimyol.info xəbər verir ki, Şəmkir rayonu Mahmudlu kəndində yaşayan şəhid ailəsinə təsərrüfat üçün verilən inək özü-öz südünü əmməyə başlayıb. Bu haqda sosial şəbəkələrdə də məlumat və videogörüntü yayılıb.

Şəhid anası Tünzalə Namazova bizimyol.info saytına verdiyi açıqlamada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinndən onun ailəsinə verilən inəklərin hamısı problemlidir:

“Bu inəklər 2021-ci ilin iyun ayında verilib. Lakin verilən inəklər çox cansız, balacadır. Nə qədər baxılsa da, böyümək bilmirlər. Nəsə poblemləri var. İnəklərdən biri isə gələn gündən bəri özü-öz südünü əmir. Bu inəklər bizə faydası olsun deyə verilib. Amma əziyyətini biz çəkirik, südünü inək özü içir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bizimyol.info-ya deyiblər ki, özünüməşğulluq proqramı çərçivəsində əhalinin aztəminatlı təbəqəsinin nümayəndələrinə verilən mal-qara yoxlamadan keçir, qəbul aktına hər iki tərəf imza atır.

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətindən isə Bizimyol.info saytına söz veriblər ki, məsələ hərtərəfli araşdırılacaq və problemin həlli üçün bütün imkanlar səfərbər olunacaq.

Bizimyol.info olaraq bu məsələ ilə bağlı rəsmi qurumların atacağı addımlar haqqında oxucularımıza əlavə məlumat verəcəyik.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »