Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda güclü zəlzələ olub
İranda güclü zəlzələ olub

Oktyabrın 16-da İranın Kirman vilayətində 5,1 gücündə zəlzələ olub.

Bizimyol.info xəbər verir ki, yerli mətbuatın Tehran Universitetinin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.

Vilayətin bir sıra yaşayış məntəqələrindəki binalarda dağıntılar olduğu bildirilir. Hələlik insan tələfatı barədə məlumat verilməyib.

Vilayət rəsmilərinin verdiyi məlumata görə, daha çox palçıqda tikilən evlərdə dağıntıların olduğu müşahidə edilib. Əhali arasında yüngül xəsarət alanlar olsa da, ölüm hadisəsi qeydə alınmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »