Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millimiz bu dəfə darmadağınla uduzdu
Millimiz bu dəfə darmadağınla uduzdu

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib. "Qafqazinfo" xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə üz-üzə gəlib.

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri bu matçdan da məğlubiyyətlə ayrılıb. Bakı Olimpiya Stadionundakı görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

9 oktyabr

20:00. Azərbaycan – İrlandiya - 0:3

Qol: Robinson, 7, 39, Oqbene, 90

Baş hakim: Espen Eskas (Norveç).

Bakı Olimpiya Stadionu.

Xal durumu: Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 2, Azərbaycan – 1.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 13. Abbas Hüseynov, 5. Maksim Medvedev (k), 4. Höccət Haqverdi, 18. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 7. Namiq Ələsgərov, 19. Filip Ozobiç, 10. Mahir Emreli

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov

İrlandiya: 1. Qavin Bazunu, 2. Matt Doherti, 4. Şeyn Daffi, 5. Con Eqan (k), 6. Coş Kullen, 7. Kallum Robinson, 11. Ceyms Makklin, 13. Ceff Hendrik, 15. Daril Horqan, 22. Endryu Omobamidel, 9. Adam İdah

Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Hurihan, 10. Troy Perrot, 12. Neytan Kollinz, 13. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »