Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çirkab suları küçəyə axır – “Şikayətə baxan yoxdur”
Çirkab suları küçəyə axır – “Şikayətə baxan yoxdur”

Əmircan qəsəbəsində çirkab suları küçəyə axır.

Bizimyol.info xəbər verir ki, qəsəbənin Zeynalov küçəsində illər əvvəl kanalizasiya xətti çəkilməsi üçün söküntü işləri aparılıb, lakin iş sona çatdırılmayıb. Kanalizasiya quyularının ağzı açıq qalıb, küçələr tam bərpa edilməyib. Bu səbəbdən də köhnə kanalizasiya turblarından çirkab suları küçəyə axır.

Qəsəbə sakinlərinin sözlərinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq heç bir qurum onlara kömək etmir.

“Məktəb başlayır, ancaq hələ də yollarımız bərbad, palçıq içindədir. Təsəvvür edin ki, yağışlar başlasa bizim vəziyyətimiz necə olacaq”,-deyə qəsəbə sakini Sədullayev Ravin Elxan oğlu bildirir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »