Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Vilayət Eyvazovdan yeni təyinat
Nazir Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Yusif Hüseynov Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin edilib.

Yusif Hüseynov bundan əvvəl DYP sistemində tağım komandiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi Firdovsi Yusubov bir müddət bundan əvvəl vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Həmin vaxtdan bu vəzifə boş idi.(manset.az)

Son xəbərlər
Bütün xəbərlər »