Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı
ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı

EY Azərbaycan şirkəti ABB və bp-nin maliyyə dəstəyi ilə növbəti “EY İlin İş Adamı” proqramına start verdiyini elan edib. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları artıq öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunmuş müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramlardandır.

Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 20 dekabr 2021-ci ilədək təqdim etməyə dəvət olunurlar.

Xatırladaq ki, “EY İlin İş Adamı” proqramı ölkəmizdə artıq üçüncü dəfə elan edilir. Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı qazanacaq. Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Namizədlər şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və şirkətin ən azı 20% hissəsinə sahib olmalıdırlar. Son iki il ərzində şirkətin dövriyyəsi ən azı bir maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır.

Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında https://www.eoy.az tanış olmaq mümkündür. Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ekvita şirkəti də müsabiqənin tərəfdaşlarındandır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »