Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video

Dünən gecə İstanbul yağışlara təslim olub. Ağaclar, dirəklər və bir çox evin damı uçub.

Bizimyol.info xəbər verir ki, yağışların bu cür şiddətli yağdığı vaxtda, şəhər səmasında insan sifətini xatırladan görüntü meydana gəlib. Bu görüntü vətəndaşlar tərəfindən maraq və qorxu ilə qarşılanıb.

Həmin görüntülər sürətlə sosial media hesablarında paylaşılmağa başlanıb. Bəzi istifadəçilər insan üzlü buludun Nikola Teslaya, bəziləri isə “Harry Potter” filmindəki mənfi obraz olan Voldemortə bənzədiyini bildiriblər.

Qeyd edək ki, Lord Voldemort, J.K. Rowling tərəfindən yazılan, batmış gözləri və ilana bənzər burnu ilə tanınan qondarma personajdır.

Nikola Tesla isə amerikalı ixtiraçı, elektrik mühəndisi, maşın mühəndisidir. Bu gün elektrik təchizatı sisteminə verdiyi töhfələrlə tanınır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »