Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mədəniyyət evlərinin qapısını bağlı saxlamaq Azərbaycan xalqına ən böyük ideoloji xəyanətdir”
“Mədəniyyət evlərinin qapısını bağlı saxlamaq Azərbaycan xalqına ən böyük ideoloji xəyanətdir”

Artıq bir ildən çoxdur ki, Azərbaycanın mədəniyyət mərkəzləri olan teatr və kino teatrlar izləyicilərin üzünə bağlıdır. Aktyorlar və teatr sevərlər hər brifinq zamanı müsbət qərarlar gözləsələr də, təssüflər olsun ki, bu sahənin tamamilə yaddan çıxdığının şahidi olurlar.

“Teatrların bağlı qalması biabırçılıqdır. Azərbaycan teatrının, kinoteatrının, mədəniyyət evlərinin qapısını bağlı saxlamaq Azərbaycan xalqına ən böyük ideoloji xəyanətdir. Bu rüşvayçılıqdır. Mədəniyyəti olmayan xalqa heç nə lazım deyil”.

Bu fikirləri əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudbəyov (Şeyx Əbdül) Bizimyol.info-ya açıqlaması zamanı səsləndirib. Onun sözlərinə görə, aktyorlar pas ata-ata qalıblar çayxanalarda.

“Mən çox təssüf edirəm ki, bu məsələ Azərbaycanda teatr xadimlərini narahat etmir, səsləri çıxmır. Teatr müqəddəs bir ocaqdır.

Peşəkar sənət adamı kimi deyə bilərəm ki, kinoya ən çox lazım olan aktyorlar elə teatrdan gəlir və gəlməlidir. Teatr kino, aktyor məktəbi, akademiyadır. Çox təssüflər olsun ki, onsuzda bizdə barmaqla sayılacaq qədər peşəkar aktyorlar var. Bu gün onlarında hamısı işsiz qalıb. Yaş, xarakter, çəki dəyişir və bu adamlar günü-günə saya-saya oturublar. Başqa yerdə də iş-güc yoxdur.

Çox maraqlıdır ki, həmin teatrların bütün ətrafı yeməkxana, çayxana, bar, kafe, restoranlarla doludur və hamısı fəaliyyət göstərir. Bütün restoranlar da ağzına kimi dolu olur. Əgər pandemiyadırsa, onda onlar niyə çalışır? Yeməkxanalara virus daxil ola bilmir? Teatrlarda primyeralarda heç 70-100 adam olmur. Başa düşə bilmirəm pandemiya təkcə teatra aiddir?

Heç olmasa aktyorların məqş etmələrinə icazə versinlər ki, aktyorlar pas atmasınlar, qocalmasınlar. Teatrda da maska taxmaq, məsafə saxlamaq, pandemiya qaydalarına əməl etmək olur.

Mədəniyyət nazirliyi heç kimi saymır. Dəfələrlə müraciət etmişik, amma deyir ki, biz yuxarıya deməyə cəsarət etmirik. Onda niyə oturublar orada? Bu qədər işçiyə xərc çəkmək nəyə lazımdır?

Bu gün bizim mədəniyyət, ideologiya sahəmiz  gecə-gündüz işləməlidir. Dünyanı bizə qarşı qoyan erməni xəyanətinə cavab verilməlidir. Erməni öz yalanlarını dünyaya sürür, amma bizim bu qədər faktımız ola-ola heç nə edə bilmirik. Ona görə də, teatrlar sürətli şəkildə açılmalı və aktyorlara hər cür şərait yarılmalıdır”,- deyə bildirib.

Mədəniyyət Nazirliyinin İ̇nformasiya və İ̇ctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, artıq bir ildən çoxdur ki, dünya ölkələrinin qlobal probleminə çevrilmiş pandemiya bütün sahələrə öz mənfi təsir göstərib və həmçinin pandemiya mədəniyyət, xüsusən teatr sahəsini iflic vəziyyətə salıb.

“Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər. Qeyd edək ki, bununla əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən Operativ Qərargaha müraciət edilib.

Tezliklə bu məsələnin öz həllini tapacağına ümid edirik. Lakin, statistikaya nəzər yetirsək görərik ki, real təhlükə davam edir (avqust ayının əvvəli ilə müqayisədə gündəlik yoluxma sayı getdikcə artır) və əhalinin sağlamlığını düşünmək daha vacibdir.

Teatr-konsert müəssisələrinin fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcək”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »