Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüstəm Muradov Ağdərədə tutulan əsgər Cəmil Babayevlə görüşüb
Rüstəm Muradov Ağdərədə tutulan əsgər Cəmil Babayevlə görüşüb

Rusiyanın Qarabağdakı sülhməramlı hərbi qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov Ağdərə rayonunda tutularaq Xankəndində saxlanılan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevlə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Sputnik armeniya" məlumat verib.

Məlumatda R.Muradovun həbs olunan hərbçi Cəmil Babayevin vəziyyəti ilə maraqlandığı, onun  xahişi ilə yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradılacağı bildirilir.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə -Ağdərədə erməni separatçıları tərəfindən tutularaq Xankəndində saxlanılır.

Son xəbərlər
Bütün xəbərlər »