Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağda zaman bizim xeyrimizə işləyir”
“Qarabağda zaman bizim xeyrimizə işləyir”

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın "RİA" xəbər agentliyinə müsahibəsində rəsmi İrəvanın bu günədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib".

Bizimyol.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın xarici işlər nazirinin “RİA” agentliyinə müsahibəsini şərh edərkən deyib.

“Erməni xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazilərində aqressiv separatçılığı qızışdırmaqla, bəhs etdiyi “sülh və təhlükəsizlik strategiyasının” saxtakarlıqdan başqa bir şey olmadığını və bu ölkənin hələ də təcavüz siyasətindən əl çəkmədiyini açıq şəkildə göstərir.

Ermənistanın yeni xarici işlər nazirinin diqqətinə çardırırıq ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək Ermənistan tərəfinin maraqlarındadır, çünki ölkə nəhayət yalan və xülyalara son verərək, gələcək inkişaf və tərəqqiyə köklənə bilər.

Ölkəmiz dəfələrlə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmaq tərəfdarı olduğunu bəyan edib. Ermənistan tərəfinin revanşist bəyanat və davranışları isə bu ölkənin hələ də beynəlxalq hüquq prinsiplərinə əsaslanan qonşuluq siyasətinə hazır olmadığını nümayiş etdirir”, - deyə L.Abdullayeva bildirib.

Bizimyol.info xatırladır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Ria” xəəbər agentliyinə müsahibəsində bildirib ki, - Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar aparılmır.

Lakin daha sonra qeyd edib ki, hazırda danışıqlar gedir, amma nəticəsi rəsmi Bakı qeyri-konstruktiv mövqe nümayiş etdirir: “ Azərbaycan konstruktiv mövqe tutarsa və qoşunlarını Ermənistanın suveren ərazisindən çıxararsa, yəni bu il mayın 11 -nə olan mövqelərinə qayıtsa, o zaman delimitasiya və demarkasiya prosesinin başlaması üçün əlverişli şərait yaradılacaq”.

O əlavə edib ki, Ermənistan danışıqların ATƏT-in Minsk qrupu formatında aparılmasının tərəfdarıdır. Maraqlıdır ki, oxşar situasiya, yəni, danışıqların dalana dirənməsi ötən il, 44 günlük müharibədən əvvəl də müşahidə olunmuşdu.

Diplomatlar susduqda silahlar danışmaqğa başlayır. Hazırda diplomatların susduğunu da demək olmaz, çünki Bakı və İrəvan arasında müəyyən ritorika və ittiham mübadiləsi var. Lakin görünən odur ki, danışıqlar həm var, həm də yoxdur. Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi getmir, Zəngəzur dəhlizi ilə baölı öhdəliklər yerinə yetirilmir, tərəflər bir-birini ittiham etməyə davam edir... Doğrudanmı, biz yenə də dönüb-dolaşıb başlanğıc nöqtəyə qayıtmışıq?

Bu mövzuda Bizimyol.info saytına danışan poılitoloq Tofiq Abbasov bildirib ki, Ermənistan XİN başçısı hazırda Lavrovun hansısa sözlərinə əsaslanaraq, Azərbaycana qarşı “sərt ritorika” nümayiş etdirir.

Tofiq Abbasov Tofiq Abbasov

“Lavrov Azərbaycanı qonşu, Ermənistanı isə müttəfiq adlandırıb. Amma Putin isə demişdiki, Azərbaycan sınanılmış tərəfdaşdır. Aydındır ki, Lavrov ermənipərəst yanaşma yeridir. Lakin istənilən halda, hazırda dominant mövqedə Azərbaycanın olduğunu unutmamalıyıq”,- deyə politoloq bildirib.

Onun sözlərinə görə, danışıqların hazırda çətin bir fazaya düşməsində Ermənistanın rolu var: “Ermənistan tərəfi post-müharibə dövründə hələ məğlubiyyətlə barışmayıb və bölgədə sülh prosesi üçün özündə iradə tapmayıb. Bəllidir ki, Qarabağda sülhməramlıların olması Ermənistanı bir qədər ümidləndirir. Lakin onlara daha çox güc verən Qərbin maliyyəsi, xaricdəki erməni diasporunun göndərdiyi pullardır. Əgər Ermənistan hakimiyyəti Azərbaycanla dialoqa getsə, Qərbdən gələn maliyyəsi kəsiləcək. Ona görə də, müxtəlif bəhanələrlə Qarabağ məsələsini qabartmağa çalışırlar. Azərbaycan tərəfinin isə mövqeyi qətidir - status məsələsi müzakirə olunmayacaq”.

Politoloqun fikrincə, sülh sazişi yubansa da, zaman Azərbaycanın xeyrinə işləyir: “Artıq Qarabağda yaşayan ermənilər də dərk edirlər ki, bu torpaqların Azərbaycandan kənarda gələcəyi olmayacaq. Ermənilər Xankəndi və digər yaşayış məntəqələrini kütləvi şəkildə boşaldırlar. Bu gün Qarabağda həm siyasi, həm hərbi üstünlük bizdədir. Həmin ərazilər bizim nəzarətimiz altındadır. Müəyyən bir zamandan sonra, Qarabağda demək olar erməni qalmayacaq”.

T.Abbasov Azərbaycan ordusunun Xankəndinə girməsi ilə bağlı gedən müzakirələri də şərh etdi: “Azərbaycan ordusuna Xankəndini almaq elə də çətin olmayacaqdı. Lakin bundan sonra Azərbaycana qarşı xarici dövlətlər, beynəlxalq güclər tərəfindən sərt təzyiqlər olacaqdı. O zaman, 1992-ci ildə Ağdərə əməliyyatından sonra Azərbaycana qarşı ABŞ-dan təzyiqlər başladı, 907-ci düzəliş qəbul edildi. O zaman nəinki hərbi, siyasi cəhətdən də uduzmuşduq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »