Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış vəkil polisə izahat verib
Tanınmış vəkil polisə izahat verib

Dünən məhkəmə binasında hücuma məruz qalan vəkil Elçin Sadıqov hadisə ilə bağlı polisə izahat verdiyini bildirib.

Bizimyol.infi xəbər verir ki, bu barədə Elçin Sadıqov sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verdim. Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq", - deyə vəkil qeyd edib.

Qed edək ki, dünən vəkil Elçin Sadıqov məhkəmə prosesindən sonra məhkəmə binasında Rövşən Əkbərovun oğlutərəfindən hücuma məruz qaldığı barədə məlumat vermişdi:

"Vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə qorxu gəlmək və zorakılıq artamqdadır.

Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hücuç edirlər.

Belə ki, bu gün general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edirəm.

Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı.

Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır.

Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz", - deyə bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »