Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu pasportlarla bağlı qərar Konstitutsiyaya ziddir”
“Bu pasportlarla bağlı qərar Konstitutsiyaya ziddir”

Bu günən etibarən bəzi məkanlara giriş zamanı covid pasportu tələb edilir. Pasportu olmayan vətəndaşların isə həmin məkanlara girişinə icazə verilmir. Bu qərar qüvvəyə minməsi ilə müəyyən etirazlara səbəb olub.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli açıqlama verərək bildirib ki, covid pasportları ilə bağlı qərar Konstitutsiyaya ziddir və vətəndaşların bərabərlik hüququnu pozur. O bildirib ki, kafe və restoranların açıq havada olan masalarında əyləşmək üçün bu mənasız tələb qoyula bilməz və bununla bağlı hüquqi prosedur başladıblar.

Məsələ ilə bağlı hüquqşünas Fərhad Mehdiyev Bizimyol.info-ya açıqlama verərək bildirib ki, dövlət, ictimai-ümumi sağlamlığı qorumaq, pandemiyanın qarşısını almaq üçün tədbir almaq səlahiyyətinə sahibdir.

Politoloq Fərhad Mehdiyev Fərhad Mehdiyev

“Bu bütün dövlətlərdə belədir. Məsələn, İtaliya kimi dövlətin də bəzi şəhərlərində covid pasportu olmayanlar kafelərə buraxılmır.

Bu işin nəzəriyyəsi odur ki, pandemiya ilə mübarizədə dövlətə müəyyən səlahiyyətlər və öhtəliklər verilir. Diqqət edirsinizsə, peyvəndləməni dövlət pulsuz edir, çünki pandemiya ilə mübarizə aparmaq dövlətin öhtəliyidir. Təbii ki, dövlətin atdığı bütün addımlar proparsional olmalıdır. Yəni məhdudlaşdırma gətir, lakin lazımdan daha artıq, lazımsız məhdudlaşdırma gətirmə kimi bir qayda var.

Əslində, elmi bir heyət olmalıdır. Onlar əsaslandırmalıdırlar ki, vaksinləşmə filan qədər yoluxmanın qarşısını aldı və yaxud vaksinləşmə yoluxanların xəstəliyin ağırlıq dərəcəsinə filan qədər təsir edir. Bu məsələdə mübahisə olmayandan sonra, digər insanları yoluxdurmamaq üçün ictimai iaşə obyektlərinə covid pasportu olmayanları buraxmaya bilərdilər.

Düzdür, yoluxma sayına vaksinin təsiri yoxdur, amma dövlət deyir ki, sənin müalicən mənim üstümdədir. Əgər yoluxacaqsansa da, vaksin vurdur sonra yolux ki, ağırlaşmayasan və səni müalicə edə bilək. Bu çox da hüquqa zidd deyil”,- deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »