Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqların çox sevdiyi qidanın bir porsu insan ömründən 36 dəqiqə oğurlayır
Uşaqların çox sevdiyi qidanın bir porsu insan ömründən 36 dəqiqə oğurlayır

Nə sirdirsə, uşaqlar insan orqanizmi üçün zərərli sayılan qidaları daha çox sevirlər. Onlar yarımfabrikat məhsullara meyl edirlər. Valideynlərin xəbərdarlığı isə az hallarda işə yarayır.

Bizimyol.info xəbər verir ki, son araşdırmalardan biri bəzi qidaların insan orqanizminə necə böyük zərər vurmasını ortaya qoyub. Hətta hot-doqun bir porsunun insan ömründən 36 dəqiqə oğurladığı məlum olub.

Miçiqan Universitetinin ətraf mühit üzrə eksperti Olivye Colliet həmkarları ilə birlikdə çox maraqlı tədqiqata imza atıb. O, 5 mindən artıq məhsulun insan orqanizminə təsirini araşdırıb. Zərərli olduğu qədər də faydalı qidaların siyahısı müəyyənləşib.

Ümumiyyətlə, hot-doq kimi fast fud qəbiləsindən olan yeməklər yalnız insanın ömrünü azaltmağa xidmət edir. Məsələn, məşhur qida şəbəkələrində gördüyümüz toyuq qanadları 3.3 dəqiqəni də özü ilə aparır. Əvəzində duzlu yerfındığı sizə 26 dəqiqə gətirə bilər. Qızardılmış qızılbalığı da ömrünüzün 16 dəqiqə artması anlamına gəlir.

Qəribə görünsə də, lobyalı aşın insana yalnız xeyri varmış. Bu yemək 13 dəqiqə qazanılması deməkdir. Alma piroqunun da fayda verməsinə yalnız təəccüblənmək olar. Çox kalorili sayılmayan bu şirniyyat 1.3 dəqiqə ömrümüzü artırar.

“Daily Mail” araşdırmaya həsr etdiyi yazısında vurğulayır: “Elm adamlarından ibarət komanda zərərli qidalara bəzi sağlam pəhriz əvəzediciləri hazırlayıb. Onlar gündəlik kalorinin 10 faizini dana ətindən, meyvələrdən, qoz-fındıqdan, tərəvəzdən, dəniz məhsullarından almağı təklif edir. Deyirlər ki, bu, gündə əlavə 48 dəqiqə sağlam həyat əldə etməyinizə və pəhrizinizin karbon yükünü təxminən üçdə bir hissə qədər azaltmağa imkan verə bilər”.

Collietin rəhbərlik etdiyi qrup təxminən 5800 məhsula nəzər yetirib. Pitsa, yoqurt və pendir də yaddan çıxmayıb. Əsasən ABŞ-da yaşayanların qidaya görə necə həyat sürməsi, nə qədər yaşaması araşdırılıb. Miçiqan Universitetinin əməkdaşları bundan sonra Braziliya, İsveçrə və Sinqapurda iş aparacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »