Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Operativ Qərargahın brifinqinin ümumi nəticələri
Operativ Qərargahın brifinqinin ümumi nəticələri

Bu gün Operativ Qərargahın brifinqi keçirildi. Hər kəsi öncədən eyni sual düşündürürdü. Sərt karantin tədbirlərinə gediləcəkmi? Cavab bu oldu ki, hələlik buna getmirik, lazım gəlsə edəcəyik.

İkinci qərar bu oldu ki, sentyabrın 1-dən ali təhsil müəssisələrində tələbələrdən də COVID-19 pasportu istəniləcək. Həmçinin sentyabrın 1-dən ticarət mərkəzlərinə, ictimai-iaşə müəssisələrinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq. COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb. Quru sərhədlərinin açılması haqda heç nə deyilmədi.

Ali və orta məktəblərin sentyabrın 15-dən açılması gözlənilir.

Həftə sonu İctimai nəqliyyat hələ ki işləməyəcək. Bir neçə gün öncə valideynlərinin covid pasportu yoxdursa, şagirdlərə kitab verilməyəcəyi bildirilmişdi. əslində bu təzyiq vasitsini də direktorlar icad etmişdilər. Məlum oldu ki, məktəb və bağçaya uşaq göndərən valideyndən covid pasportu tələbi yoxdur.

Kino, teatr, konsert zalları hələki bağlı olacaq. Özünü peyvənd olunmuş kimi göstərən şəxslər çox ciddi cəzalandırılacaqlar. Peyvənd olunan heç kimə hər hansı məhdudiyyət tətbiq olunmayacaq. Toylar, ad günü mərasimləri eyni qaydalarla, daha ciddi monitoriqlər çərçivəsində davam edəcək. Həftə sonu nəqliyyat vasitələri yenə işləməyəcək. Metro hazırda ən təhlükəsiz ictimai nəqliyyat növü imiş.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »