Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MN: "Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbi qulluqçunun ölümü məlumatı həqiqətə uyğun deyil"
MN: "Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbi qulluqçunun ölümü məlumatı həqiqətə uyğun deyil"

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə "Bizimyol.info"ya Müdafiə Nazirliyindən bildiriblər.

"Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır", - deyə nazirlikdən əlavə ediblər.

Son xəbərlər
Bütün xəbərlər »