Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qoyun sürüsünü ildırım vurub - Video
Qoyun sürüsünü ildırım vurub - Video

Gürcüstanın cənubunda ildırım vurması nəticəsində 530 baş qoyun tələf olub.

Bizimyol.info "newsgeorgia"ya istinadən xəbər verir ki, bu barədə Cavaxetiya Məlumat Mərkəzi məlumat yayıb.

Hadisə avqustun 9 -da Axalkalaki bələdiyyəsinin Əbuli dağının yaxınlığında baş verib. Ölən mal -qaranın bir hissəsi yerli fermer Nikolay Levanovun, digərləri isə qonşu Kaxeti bölgəsindən otarmaq üçün gətirilmiş heyvanlardır.

Təsərrüfatın sahibi olan Levanov yerli hakimiyyət orqanlarına müraciət edərək yardım etmələrini xahiş edib. Axalkalaki meriyası yanında zərərin qiymətləndirilməsi üçün komissiya yaradılıb.

Qeyd olunur ki, bazarda bu gün bir qoyun təxminən 350 lariyə (100 dollardan çox) satılır.

Son xəbərlər
Bütün xəbərlər »