Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
"Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"

Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi ilə bağlı parlamentin bu günkü iclasında Baş Prokuror Kamran Əliyev deputatların suallarını cavablandırdı. Ondan öncə çıxış etmiş millət vəkilləri Erkin Qədirli və Tahir Kərimli deputatın işinə nə üçün 315-ci maddə ilə deyil, 309-cu maddə ilə baxılması barədə sual səsləndirdilər.

Baş Prokuror Kamran Əliyev çıxışında bildirdi ki, Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Baş Prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir. İndiki halda fakta görə məsələ qaldırılıb.

Eldəniz Səlimov Eldəniz Səlimov

“Deputatların səsləndirdiyi fikirlərə qarşı münasibət bildirmək mənim səlahiyyətimdə deyil. Lakin demək istəyirəm ki, bu günkü müzakirə parlamentin fəaliyyətinə kiçiltmir, azaltmır, deputatın yerində hər hansı bir vətəndaş da ola bilərdi. Ən əsası odur ki, Milli Məclis qətiyyətini göstərir, prinsipiallıq sərgiləyir. Biz bu gün baş verənlərə təəssüf edirik. Deputatın işinə nə üçün məhz 309-cu maddə ilə baxılacağına dair sual səsləndirildi. İndi qanun mənim qarşımda deyil, lakin yadımda qalanlara əsasən danışacam. Bu heç yerdə qeyd edilməsə belə hamıya bəllidir ki, deputat vəzifəli şəxs sayılır.Vəzifəli şəxslərin 3 kateqoriyası var.Hakimiyyət nümayəndələrinin vəzifəli şəxs olması heç bir zaman şübhə doğurmayıb. Milli Məclisin deputatları hakimiyyət nümayəndələridirlər və vəzifəli şəxsdirlər.

Növbəti sual o oldu ki, niyə 309-cu maddə? 315-ci maddə hakimiyyət nümayəndəsinin öz vəzifəsini icra edərkən təzyiqə məruz qaldığı hallara şamil edilir. Bu hadisədə polis vəzifə başında olmayıb, evindən çağırılıb, gətizdirilib, döyülüb, təhqir edilib. Ona görə bu vəziyyətdə 315-ci maddədən söhbət getmir. Depuatat səlahiyyətini aşmaqla bağlı sual oldu.Səlahiyyəti aşıb aşmadığının bilinmədiyi deyildi deputatlar tərəfindən. Deputat məhz deputat olduğu üçün qarşısına çağırıb, qanunu pozub. Həm də hamıya tətbiq edilən karantin qaydaları şəraitində.Polis əməkdaşı ilk növbədə vətəndaşdır. Lakin o eyni zamanda dövləti təmsil edir. Dövlətin maraqlarına toxunulub, polis dövlətin nüfuzudur, o ictimai münasibətlərin, asayişin keşikçisidir, bu durumda ictimai maraqlar tapdanıb. Qüdrət Həsənquliyev soruşdu ki, əvvəllər Eldəniz Səlimov təzyiqlərə məruz qalması ilə bağlı bizə müraciət edibmi? Xeyr, belə müraciət olmayıb və bu hallar da araşdırılacaq, obyektiv qiymətləndiriləcək.

Bu xırda bir hal olsaydı İltizam Komissiyasında baxılar, barışığa gedilə bilərdi. Lakin qanun imkan verən mərhələdə siz hamınız səsyazması ilə tanış olsanız əmin olacaqsınız ki, biz tamamilə başqa hadisə ilə rastlaşmışıq, burda barışıqdan söhbət gedə bilməzdi”,- deyə Kamran Əliyev bildirib.

Əldə etdiyimiz məlumata görə, Eldəniz Səlimova aid səs yazısında onun rayonun vəzifəli şəxsləri barədə təhqiramiz sözlər işlətdiyi deyilir, deputatın heç kimin ona barmağının ucuyla toxuna bilməyəcəyini dediyi aşkar olunub. O, polis nəfərini döyərkən “Sevin ki, səni deputat döyür” deyərək söyüş söyüb.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »