Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
Azərbaycanda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Sərkar, Alıuşağı, Burunqovaq və Salahlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 4 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 40 nəfər restorana buraxılmayıb.

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »