Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın yanğınsöndürmə qüvvələrinin ilk qrupu Türkiyəyə çatıb
Azərbaycanın yanğınsöndürmə qüvvələrinin ilk qrupu Türkiyəyə çatıb

FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ilk qrup qardaş ölkəyə çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyə Respublikasına yola düşmüş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup qardaş ölkəyə çatıb.

Yanğınsöndürmə qüvvələrinin ilk qrupunu gətirən təyyarə iyulun 31-də Bakı vaxtı ilə saat 00:10 radələrində Muğla Dalaman Hava Limanına enib.

Son xəbərlər
Bütün xəbərlər »