Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı

Qlobal böhran az qala bütün ölkələrdə iqtisadi vəziyyəti olduqca ağırlaşdırıb. İnsanların qayğıları artıb. Sosial durum çox pisləşib. Dünyada acından ölənlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb. Beynəlxalq təşkilatlar həyəcan təbili çalır.

Bizimyol.info xəbər verir ki, Türkiyə də istisna deyil. Qonşu ölkədə ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxarıb. Bunun üçün alış-veriş portalında elan yerləşdirilib. Elanda 82 diametr ekranı olan televizorun 500 lirəyə (təxminən 100 manat) satıldığı qeyd edilib. Ana qeyddə ev əşyasını uşaq bezi və yeməyi ilə dəyişdirməyə hazır olduğunu yazıb.

Elanda televizorun şəkli də yerləşdirilib. Cihazın yaxşı vəziyyətdə olduğu görünür. Elanda televizorun heç bir problemi olmadığı da xüsusi vurğulanıb. Sadəcə, internet imkanı yoxdur.

Məsələ sosial şəbəkələrin Türkiyə seqmentində böyük müzakirəyə səbəb olub. Rəy yazanlar əsasən qadını yaxşı başa düşdüklərini qeyd ediblər. Kömək təklif edənlər az olmayıb. Demək olar, heç kim qınamayıb. Ümumilikdə ananın vəziyyətinin anlayışla qarşılandığını yazmaq mümkündür.

Rəylərdən bəzisi diqqət çəkir. Məsələn, Əsli Evren adlı sosial şəbəkə istifadəçisi anevrizma xəstəliyindən əziyyət çəkdiyini, müalicə üçün hər şeyi satmağa məcbur qaldığını bildirib. O, çox köhnə evdə kirayədə yaşadığını, aylıq 250 manatı çətinliklə ödədiyini yazıb.

Oğuz İçen qadının ünvanına bir söz yazmasa da, ümumilikdə valideynləri məsuliyyətli olmağa çağırıb. Sosial şəbəkə istifadəçisi hesab edir ki, dünyaya övlad gətirməzdən əvvəl xeyli düşünmək lazımdır. Çünki sosial şərtlər yetərincə uyğun deyil. Oğuz İçen Türkiyədə əcnəbilərin daha yaxşı yaşamağa başlamasını da iddia edib.

Elan böyük müzakirəyə səbəb olsa da, son sutka ərzində televizora sahib çıxmaq istəyən tapılmayıb. Alış-veriş portalında qadın hələ də müştəri gözləyir. Halbuki onun televizoru baha satışa çıxardığını demək olmaz.

Son xəbərlər
Bütün xəbərlər »