Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda su qıtlığı faciəyə səbəb oldu
Azərbaycanda su qıtlığı faciəyə səbəb oldu

Ucar rayonunun Şahlıq kəndində bədbəxt hadisə baş verib.

Kənd sakini, 29 yaşlı Elnur Şərifov kəndin arxından su motoru ilə həyətlərinə su çəkmək istəyərkən onu elektrik cərəyanı vurub. Ətrafda heç kim olmadığına görə, mərhumun nəşini bir neçə saat sonra azyaşlı oğlu görərək ailəsinə xəbər verib.

Şahlıq kəndi bir neçə ildir su qıtlığından əziyyət çəkir. Bu il kəndin arxına su verilsə də, suyun səviyyəsi az olduğuna görə bütün həyətlərə su gedib çatmır. Kənd sakinləri su ehtiyaclarını ödəmək üçün elektriklə işləyən su motorları ilə çənləri, hovuzları doldururlar.

Suya atılmış nasaz elektrik motoru Elnur kimi azyaşlı uşağının və bilmədən sudan istifadə edən başqa insanların da həyatına təhlükə törədə bilərdi.

Qeyd edək ki, Elnur Şərifovun qardaşı Xəzər Şərifov da 1 il öncə Rusiyada faciəli şəkildə həlak olmuşdu. Dağıstana tikinti şirkətində fəhlə işləməyə gedən Xəzər yüksəkmərtəbəli binanın tikintisi zamanı yıxılaraq həyatını itirmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »