Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələr psixikamıza necə təsir edir...
Sosial şəbəkələr psixikamıza necə təsir edir...

Sosial şəbəkələrin mənfi istiqamətli "psixologiya və əxlaq dərsləri"ndən uşaqları qorumaq mümkündürmü?

“Sosial şəbəkələr uşaqların psixologiyasın mənfi təsir edir. Çünki onlar sosial şəbəkədə psixoloji vəziyyətləri üçün təhlükəli olan vəziyyətlərlə qarşılaşa bilirlər. Sosial şəbəkələrdə bilirsiniz ki, hamı maddi baxımdan eyni səviyyədə deyil. Bir qədər imkanlı ailələrin uşaqlarının yaşayış tərzi, əyləncəsi, istirahəti digər ailələr üçün əlçatan olmaya bilər. Bu da uşaqlarda paxıllıq, aqressiya və s. hisslərin yaranmasına səbəb ola bilər. Bu da valideyn və uşaq arasında müəyyən problemlərin yaranmasına səbəb olur”.

Bu barədə Bizimyol.info saytına danışan psixoloq Ramin Hacıyev bildirib ki, bu kimi hallar uşaqlarda psixoloji travmların yaranmasına səbəb ola bilər.

Psixoloq, sosial şəbəkələrin uşaqların əxlaqına da mənfi təsir etdiyini qeyd edib. Onun sözlərinə görə, sosial şəbəkələrdə plastik əməliyyatların, qoruyucu vasitələrin, tütün və spirtli məmulatların reklamı uşaqların qarşısına çıxa bilər. Bu zaman uşaqların qarşısına çıxan informasiyalar onların yaşına uyğun olmaya bilər. Bu da onların şüuraltında mənfi fikir formalaşdıra bilər. Gələcəkdə isə bu cür vizual materiallar onun həyatında müəyyən fəsadlara səbəb ola bilər.

“Sosial şəbəkələr və əxlaq anlamı bir-birinə zidd amillərdir. Onları yanaşı qoymaq olmaz. Sosial şəbəkələr ailədə zorakılığa valideyn uşaq münasibətlərinin pozulmasına səbəb olur. Mən müxtəlif yaşların nümayəndələri ilə işləyirəm. Və müşahidələrimə əsasən deyə bilrəm ki, sosial şəbəkələr uşaqlar üçün informasiya baxımından təhlükə mənbəyidir. Uşaqları bu təhlükədən qorumaq üçün isə, sosial şəbəkələrdən uzaq tutmaq lazımdır. Əks təqdirdə bu onların həyatına ağır zədələr vura bilər”- deyə psixoloq qeyd edib.

Sosial şəbəkələrdə narkotik maddələrin, əxlaqszlığın, pis vərdişlərin təbliği, digər dərman vasitələrinin (böyüdücü və s. dərmanlar) reklam edilməsi, erotik-pornoqrafik saytların spam kimi məlumatların arasına sızması uşaqların psixologiyası ilə yanaşı əxlaqına da mənfi təsir edir. Bu psixoloqun fikridir.

Həqiqətən də sosial şəbəkələr təkcə uşaqların deyil, böyüklərin də psixikasına təsir edir. Sosial şəbəkələrdə vaxt keçirən şəxslər bir növ təsir altına düşür. Manipulyasiyaya uğrayır. Mübahisələr, tənqid, təhqir və s. bu kimi hallar insanların psixikasını zədələyir.

Sağlam psixikaya sahib olmaq üçün isə psixoloq sosial şəbəkələrdən uzaq durmağı tövsiyyə edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »