Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid atası: “Oğlumdan sonra iflic oldum.., oğlumla fəxr edirəm” - Video
Şəhid Fuad Haşımovun atası Ceyhun Haşımov

“Hökumətimizdən Allah razı olsun. “YAŞAT” Fondu məni xəstəxanaya yatırıb, kömək edib. Bir qəpik xərcim belə çıxmayıb. Ağır xəstə olmuşam. Allah heç bir ataya balasını çiyninə qoyub, aparıb dəfn etməyi qismət etməsin!”

Abşeron rayonu Digah qəsəbəsindən Vətən Müharibəsinə yollanan Fuad Ceyhun oğlu Haşımovun döyüş yolu Cəbrayıl, Füzuli və Hadrut cəbhələrindən keçib. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Fuad Haşımov Xocavənd rayonunda qəhrəmancasına şəhid olub.

Atası Ceyhun Haşımov deyir ki, oğlumla bir ata kimi fəxr edirəm:

“Oğlum həmişə deyərdi ki, ata, sonunu düşünən qəhrəman olmaz! Dedim, oğul, məndən muğayat ol, dedi ki, vətən bizimdir. Mən döyüşə gedirəm. Qismət olsa, qayıdacam, yox, görüşə bilməsək, Allah bilən məsləhətdir. Şükür, Allahımdan razıyam, çünki oğul vətən üçündür, vətəni qorumalıdır. Bir mənim oğluma yox, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun!”

Fuad Haşımov 1996-cı il sentyabrın 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olmuşdur. 2006-cı ildə atası Ceyhun Həşimovun arzusu ilə "Zəngəzur" peşəkar futbol klubuna daxil olub. 2007-ci ildə "Sabahın ulduzları" Bakı Futbol Federasiyasının təşkilatçılığı ildə 10-16 yaşlı uşaqlar arasında keçirilən Bakı birinciliyində iştirak edib. 2008-ci ilin noyabr ayında futbol üzrə klub-komanda birinciliyində II dəstədə II yerə layiq görülüb. 2014-cü ildən 2018-ci ilə qədər isə "Neftçi" futbol klubu ilə müqavilə imzalayıb:

“Uşaqlıqdan yaxşı övlad olub. Mən futbol azarkeşiyəm, ona görə onu da yazdırdım futbola. İdmanla məşğul olurdu, düz 12 il futbolçu oldu. Müqavilə bağlaya bilmədi, hərbi xidmətə çağırıldı. Hərbi xidmətdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə qalmaq istədi. Dedim, oğul, seçim sənindir. Getdi öz gücü ilə imtahan verdi, idmançı idi axı”.

Ailənin tək oğul övladı olan Fuad 2018-ci ilin oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb, "N" saylı hərbi hissənin istehkam bölüyündə xidmət edib. nümunəvi xidmətinə görə ailəsinə hərbi hissənin komandiri tərəfindən təşəkkür məktubu göndərilib.

2019-cu ilin dekabr ayında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olunan Fuad kursu bitirdikdən sonra 2020-ci ilin may ayından Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı-istehkamçı ixtisası üzrə xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 22-də Xocavəndin Tuğ kəndində şəhid olub:

“Oğlum kəşfiyyatçı idi. Xüsusi təyinatlılarda xidmət edirdi, elə müharibədə də öndə məhz onlar olublar. Sentyabrın 27-dən müharibəyə qatıldılar. Murovdan başlayıb Xocavəndin Tuğ kəndinə qədər döyüş yolu keçib. Güllə yarasından şəhid olub. Güllə yarası alıb, 3 saat əziyyət çəkib. Yaralı halda düz bir saat döyüşüb, çox qan itirdiyindən yaşada bilməyiblər. Allah heç bir ataya balasını çiyninə qoyub, aparıb dəfn etməyi qismət etməsin”...

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »