Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəlzələ olsa, bu şəhər su altında qalar, ancaq..." - Foto
"Zəlzələ olsa, bu şəhər su altında qalar, ancaq..." - Foto

Kür qırağının əcəb seyrangahı var, yaşılbaş sonası heyif ki, yoxdur...

Səfalı Mingəçevir şəhəri Kürün sahilində yerləşir. Axşamlar Mingəçevir bulvarı adlanan yer insanla qaynayır. Kafelər, restoranlar pandemiya qaydalarına uyğun insanları qəbul edir. Hər yerdə müştərilər üçün pulsuz tibbi spirt və maska qoyulub. Hotellərdə qalmaq üçün öncədən rezarvaziya etməsən, çətin ki, boş otaq tapasan.

Kür sahilinin ən yaxşı cəhətlərindən biri də kiçikhəcmli gəmilərin, katerlərin, katamaranlarn olmasıdır.

Yayda, Kürü və adaları gəzmək üçün gələn turistlər qışda da ov üçün bura üz tutur.

Sahibkarlar hər il mütəmadi olaraq, vasitələri texniki baxışdan keçirdiyi üçün gəmilərlə bağlı faciəvi hadisələr qeydə alınmır.

Sahibkar Fəraim Əliyevin Bizimyol.info saytına söylədiklərinə görə, ötən illərdə, yəni pandemiyadan əvvəl bura dünyanın müxtəlif ölkələrindən turistlər gəlirmiş. İndi isə “Nur şəhəri“ ancaq yerli turistlərini qəbul edir:

“Yerli turistlərin də Kür gəzintilərinə böyük marağı var. Biz də hər zaman onların xidmətindəyik. Bilirsiniz ki, ötən ilin sentyabrında İkinci Qarabağ müaribəsi başladı. Minlərlə igid oğullarımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçdi. Biz də öz növbəmizdə bütün xidmətləri şəhid ailələri üçün ödənişsiz etmişik. Onlara halaldır”.

Mingəçevirin mağazalarında, küçələrində şəhidlərin fotoları yer alıb. Mingəçevir öz şəhidlərini unutmur.

44 günlük müharibə zamanı ən çox şəhid verən şəhərlərdən olub Mingəçevir. Həmin ağır günlərdə şəhid ailələrinə yardım edən, şəhidlərin fotolarının hazırlanmasında əməyi keçən insanlardan biri də Müşfiq Səfərəliyevdir.

O, müharibə dövründə şəhidlər üçün nəzərdə tutulmuş bütün foto işlərini təmənnasız etməklə yanaşı, Mingəçevir şəhidlərinin sosial mediada tanıdılması üçün də əlindən gələni edib. Müharibə bitdikdən sonra şəhid bulaqlarının açılışında iştirak edərək, əlindən gələn yardımları edib.

Burada hamı bir-birinə yardım edir. Mingəçevirin əhalisi mehribandır, qonaqpərvərdir. Məsələn, səni tanımsalar belə, Bakıdan gəldiyini bilib, evlərini açmağa belə hazırdılar.

Şəhərdən təəssüratı pozan isə havadan gələn pis qoxudur. Sakinlərin fikrincə, pis qoxuya səbəb kanalizasiya borularının uzun müddətdir ki, dəyişdirilməməsidir.

“Əvvəllər sovet dövründə borular dəmir materialından idi, az –çox keçiriciliyi vardı. İndi boruların hamısı plastikdir. Keçiricilik də zəif. Gün isti, bəzən də susuzluq şəhəri bu vəziyyətə salır” - deyə sakinlərdən biri qeyd edir.

Onlar hesab edir ki, Mingəçevir suyun bol olduğu şəhər olsa da, şəhərə suyun az verilməsi sakinlərə qarşı laqeyidlikdir.

Deyirlər ki, bir balaca zəlzələ olsa, şəhər su altında qala bilər. Amma gəl ki, su bahadır və baha olmasına baxmayaraq, yenə də qənaətlə verilir.

Mingəçevirin bəzi küçələri məişət tullantıları ilə doludur. Sakinlər deyir ki, axşamlar təmizlənir. Ancaq görünən odur ki, bəzi tullantıların yerləri unudulur.

Mingəçevirin çimərlikləri də təmizdir. Çimərliklər ancaq axşam saatlarında, yəni vətəndaşlar getdiyi zaman çirkli olur. Buna səbəb isə, bəzi şəxslərin təmizlik qaydalarına əməl etməməsidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »