Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
"Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski

Rus politoloq özünü saxlaya bilmədi: Ruslar olmasa, ermənilər Qarabağda qala bilməzlər.

Paşinyanın seçkilərdə qalib gəlməsi Rusiyanı təəccübləndirdi. Rusiyalı politoloq Yevgeni Satanovski müəllifi olduğu “Armaqedonnıç” adlı teleqram kanalında məğlub Paşinyanın triumfu barədə yazı dərc edib. Satanovskinin bu məqaləsinin sətir altında əslində çox gizlinlər dayanır. O Rusiyanın xisləti iulə hərəkət edərək qızışdırıcı mövqe tutmaqla yanaşı, acı həqiqətləri də söyləyib və əslində balıq kimi Rusiyanın əlindən sürüşüb getməkdə olan Ermənistanın ABŞ-a sürətlə yaxınlaşmasında narahatlığını bildirib. Mətni olduğu kimi təqdim edirik. Diqqətli olsanız onun demək nistədiklərindən çox mesaj oxuyarsınız:

“Bir şey aydındır ki, heç nə aydın deyil. Paşinyanı tənqid etsən də, etməsən də o yenə Ermənistana rəhbərlik edəcək. Bu xidməti mən İrəvandakı ABŞ səfirliyinin, ABŞ Dövlət Departamentinin ayağına yazıram. Məhz Paşinyana görə Ermənistan böyük torpaqlar itirdi, çoxlu sayda insan itkisi baş verdi, Qarabağ Ermənistanın əlindən çıxdı. O, Kremlin vəziyyəti sabitləşdirmək üçün ard-arda etdiyi bütün təklifləri rədd etdi. Paşinyan Şuşa şəhərinin itirilməsinə görə də günahkardır. Qələbədən sonra Bakıda Zəfər paradı keçirildi, paradda prezidentlər Əliyev və Ərdoğan iştirak elədilər. Seçkiöncəsi Şuşada Bakı və Ankara arasında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə bütün klassik siyasi nəzəriyyələri alt -üst edir. Digər tərəfdən bu reallıqdır və praktika həqiqətin amilidir”,- deyə politoloq qeyd edib.

O, Ermənistanı nə gözləyir sualını da cavablamağa çalışıb.

“Paşinyan prosesi uddu, indi nələr olacaq? Onun ölkəsi yalnız Rusiyaya maraqlıdır, lakin Paşinyanın Moskva ilə münasibətləri son dərəcə mürəkkəbdir. Bir şey aydındır ki, heç nə aydın deyil. Gec-tez Rusiya sülhməramlıları Qarabağdan çıxacaq. İlham Əliyev hələlik Moskva və Ankara arasında uğurlu manevrlər edir. Zamanın nə gətirəcəyini bilmək olmaz. Bircə ona əminəm ki, Moskva olmadan Qarabağda ermənilərin qalması imkansızdır. İndi güclərini birləşdirmiş Ərdoğan və Əliyev istəsələr, Xankəndini də, İrəvanı da ala bilərlər. Maraqlıdır, Paşinyan buna hansı yolla mane ola bilər?”,- deyə politoloq ritorik sual verib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »