Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” təlabatçıları elektrik enerjisi ilə təmin etmək üçün müasir avadanlıqlar quraşdırıb
“Azərişıq” təlabatçıları elektrik enerjisi ilə təmin etmək üçün müasir avadanlıqlar quraşdırıb

“Azərişıq” ASC elektrik enerjisi təlabatçılarının dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji ilə təmin edilməsi, mövcud şəbəkələrin yenidən qurulması və itkilərin qarşısının alınması istiqamətində işləri davam etdirir.

Bizimyol.info xəbər verir ki, qurumdan “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Elektrik Şəbəkələrində görülmüş işlər barədə məlumat verilib.

“Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində son illər ərzində 28 ədəd 35 kV-luq yarımstansiya tikilib, 7 ədəd 35/0,4 kV –luq KTM quraşdırılıb və 3 ədəd 35 kV-luq mövcud köhnəlmiş yarımstansiya yenidən qurulub. Yeni tikilən və yenidənqurma işləri aparılmış bütün yarımstansiyalarda müasir avadanlıqlar quraşdırılıb.

124 km-dən artıq 35 kV-luq yeni hava elektrik veriliş xəttləri çəkilib, 445 ədəd müxtəlif güclü KTM quraşdırılıb, 1534 km ÖİN tipli naqil çəkilib və abonetlərin ünvanlarına 140 min 744 ədəd elektrik hesabat sayğacları quraşdırılıb.

Bu işlərin davamı olaraq hazırda Siyəzən rayonu Dağquşçu kəndində gücü 2,5 MVA olan yarımstansiya tikilir və yarımstansiyanı qidalandırmaq üçün 10,5 km uzunluğunda 35 kV hava elektrik veriliş xəttlərinin çəkilişi işləri aparılır. Xaçmaz şəhəri, 21, 25-ci məhəllələrində və İstisu qəsəbəsində, Qusar şəhəri, M. Vəliyev küçəsində Həmzə və Aladaş kəndlərində, Şabran rayonu, Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəl-Vələ kəndlərində 10 və 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »