Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan Navalnı ilə bağlı Rusiyaya qarşı yeni sanksiya anonsu və buna Zaxarovanın cavabı olub
ABŞ-dan Navalnı ilə bağlı Rusiyaya qarşı yeni sanksiya anonsu və buna Zaxarovanın cavabı olub

Vaşinqton, Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar olaraq Rusiya Federasiyasına qarşı yeni sanksiyalar hazırlayır.

APA bildirir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Jeyk Sullivan bu gün CNN telekanalına verdiyi müsahibədə bildirib.

Co Baydenin köməkçisi deyib ki, birincisi, izləyicilərinizin Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı sanksiya tətbiq etdiyimizi başa düşməsi vacibdir və bununla bağlı tətbiq olunacaq başqa bir sanksiya paketi hazırlayırıq:

“Rusiyanın zərərli hərəkətlərinə cavaba gəldikdə hər zaman zərbələrimizi yumşaltmayacağımızı nümayiş etdirdik”.

Qeyd edək ki, Navalny 20 avqust 2020-ci ildə Tomsk-Moskvaya reysi ilə uçan təyyarənin göyərtəsində xəstələnəndən sonra zəhərlənmə diaqnozu ilə Omsk xəstəxanasına qaldırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Vaşinqtonun Navalnı ilə bağlı yeni sanksiya paketi hazırlamasına cavab verməkdə gecikməyib:

“ABŞ-ın qanunsuz hərəkətləri hər zaman məntiqi cavabımız olub”.

Son xəbərlər
Bütün xəbərlər »