Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Analar deyir ki, burada övladlarını bağırlarına basıb öpə bilirlər" - Foto, Video
"Analar deyir ki, burada övladlarını bağırlarına basıb öpə bilirlər" - Foto, Video

İkinci Qarabağ müharibəsi minlərlə şəhidin qanı bahasına Azərbaycanın qələbəsi ilə başa çatdı. Bir tərəfdən qələbə sevinci, digər tərəfdən minlərlə evə düşmüş atəş bu gün də sönməyib.

Bu gün minlərlə ananın ürəyi övlad həsrəti ilə çırpınır. Mingəçevir Şəhidlər Xiyabanına daxil olanda başdaşılarına söykənib, övladları ilə danışan anaları görəndə, insanın ürəyi yanır, gözü dolur.

Mingəçevir şəhidlər xiyabanı

Şəhidlər Xiyabanı 1992-ci ildə yaradılıb. Keçən 30 il ərzində burada yüzlərlə şəhid dəfn edilib. Şəhidlər Xiyabanı gənclərin and yerinə çevrilib. Şəhidlər Xiyabanında çəkiliş etməyimiz əvvəlcə nəzarətçini narahat etsə də sonradan danışıb, razılıq ala bildik.

Xiyabanda şəhid olan övladlarını, yaxınlarını ziyarət edən şəxslər deyir ki, şəhid anaları bura gələndə hər kəs öz dərdini danışıb, təsəlli tapır.

Mingəçevir şəhidlər xiyabanı

“İnsan dərdini tək çəkəndə ona elə gəlir ki, bu dərd təkcə onun başına gəlib. Amma bura gələndə başa düşürsən ki, dərd təkcə sənin deyil. Sənin kimi onlarla ürəyi qana dönən, içi yanan ana var. Nə deyək, Allah heç kimə dərd verməsin. Bura gəlmək özü də yaşaya bilmək üçün bir səbəbdir” - deyir şəhid anası.

Mingəçevir şəhidlər xiyabanı

Analar deyir ki, burada bir daha həyatda görə bilməyəcəkləri övladlarına daha yaxın olur, qucaqlayıb, bağırlarına basa bilir, öpə bilirlər.

Tanrıdan şəhidlərimizə rəhmət, onların ailələrinə və xalqımıza başsağlığı diləyirik. Şəhidlərimizin ruhu şad olsun.

Mingəçevir şəhidlər xiyabanı

Bizimyol.info Mingəçevir Şəhidlər Xiyabanından görüntüləri təqdim edir:

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »