Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün İranda Prezident seçkiləri keçiriləcək
seçki

Bu gün İran xalqı özünün 13-cü prezidentini seçəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, seçkilər yerli vaxtla saat 07:00-da İranın Ali Rəhbəri Ayətullah Xameneinin səsverməsilə rəsmən başlayacaq.

Bununla da ölkənin bütün bölgələrində gecə saat 00:00-dək səsvermə davam edəcək.

Bu seçkidə əsasən dörd namizəd yarışır: İbrahim Rəisi, Əmirhüseyn Qazizadə Haşimi, Əbdünnasir Himməti və Möhsin Rzayi.

Prezident seçkilərini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

Qeyd edək ki, İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkilərində ilk dəfə səsvermədə iştirak edəcək.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyə Yunanıstana nota verdi
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »