Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vətənə canım fəda" - İki ayağını itirən qazimiz - Fotolar

Tovuz hadisələrindən (İyul 2020) sonra ölkənin müxtəlif nöqtələrindən minlərlə Azərbaycan gənci Hərbi Səfərbərlik Xidmətinə müraciət edərək könüllü olaraq ordu sıralarına yazılmağa başladılar. 1992-ci il (11 aprel) təvəllüdlü Abdullayev Abdulla Süleyman oğlu da belə gənclərdən biridir. Düşmənin təxribatının qarşısını almaq üçün könüllü olaraq Mingəçevirdən döyüşlərə qatılan Abdulla Vətənin ərazi bütövlüyü uğrunda canını sipər edən gənclərdəndir.

"Vətənə canım fəda" - İki ayağını itirən qazimiz - Fotolar

Milli.Az-a danışan qazi Abdullayev Abdulla Vətən müharibəsinin 9-cu günü Ermənistan silahlı qüvvələrinin minaatan zərbəsi nəticəsində ayaqlarını itirib:

"Oktyabrın 5-də düşmənin minaatan zərbəsi nəticəsində iki ayağımı dizdən yuxarı itirdim. Qarnım və qolumda qəlpələr var. İki gözümü də "valna" vurmuşdu, görmürdü. Əməliyyat olunmuşam gözlərimdən, indi görürəm".

Abdulla dövlətin qayğısını üzərində hiss etdiyini bildirib:

"Vətənə canım fəda" - İki ayağını itirən qazimiz - Fotolar

"Əmək və Əhalinin Müdafiəsi Nazirlyinin xətti ilə mühərrikli təkərli oturacaqla, araba ilə təmin olunmuşam. Reablitasiya prosesimi də nazirlik yüksək səviyyədə keçirdi. ƏƏSMN-in nəzdində Əhmədli qəsəbəsində Ortopedik Bərpa Mərkəzində müalicə almışam. Qazi olaraq göstərilən diqqətdən, edilən xidmətdən çox razıyam. Hər şey yaxşıdır, qaydasındadır. Mənə protez də veriblər, son texnologiya ilə hazırlanmış protezdir, çox yaxşıdır.

"Vətənə canım fəda" - İki ayağını itirən qazimiz - Fotolar

Evdə bir az problem var. Mənzil şəraitim rahat hərəkətimə mane olur. Bununla bağlı YAŞAT Fonduna artıq müraciət etmişəm. Hesab açılıb, gözləyirəm indi. O məsələnin də tezliklə həll olacağına inanıram.

Dövlətimdən yerlə-göy qədər razıyam. Günü bu gün də müharibə başlayarsa, bu vəziyyətdə döyüşmək imkanım olmasa da, döyüşən qardaşlarımızın corabını, maykasını yuyaram. Təki yenə mənim müharibədə bir əziyyətim olsun. Vətənə canım fəda".

Qeyd edək ki, II Qarabağ müharibəsində hər iki ayağını itirən qazi Abdullayev Abdulla Prezident İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »